Icma.az
close
up
RU
Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz Qurban Qurbanov

Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz Qurban Qurbanov

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Çox keyfiyyətli bir komandaya qarşı oynayacağıq. Bizim üçün çox vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, diqqətli olaq. Azarkeşlərimizi sevindirməyi çox istəyirik”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda sabah “Lion”la (Fransa) keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Marko Veşoviç və Mateus Silvanın durumu necədir? Sabah ilk dəqiqələrdən oynaya bilərlər?

- Ümumən pis deyil. Hazırlıqları yaxşı səviyyədədir. Sabah tam qəti qərar verəcəyik ki, əsas heyətdə olacaqlar, yoxsa yox.

- Yəqin ki, “Lion”un heyəti ilə tanışsınız. Klub isə hazırda maddi cəhətdən əziyyət çəkir. Sizcə, bu durumda qələbə qazanmaq şansınız necədir?

- Bəli, oyunlarına da baxmışıq, təhlil etmişik. Sabah komandamızda kimin meydanda olması bizim üçün bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibdə böhran oldu-olmadı biz hazırlaşırıq. Bu söz-söhbətlər şaiyədir. İstənilən klubda belə söhbətlər gəzir. Böyük klublar belə durumda 1-2 futbolçunu satmaqla vəziyyətdən çıxır. Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz. Çünki bəzən bu fikirlər hansısa nəticəyə kölgə sala bilər. Bunlar sadəcə söz-söhbətlərdir.

- Rəqibin "Lion" olduğunu nəzərə alsaq, hansısa xüsusi gedişat olacaq? Yoxsa, digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni yanaşma olacaq?

- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirək. Amma istənilən rəqibin üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.

- “Lion”u hansı xüsusi keyfiyyətlərlə təəccübləndirə bilərsiniz?

- Əvvəl də dedim ki, çox keyifiyyətli komanda ilə qarşılaşacağıq. Rəqib haqda çox danışmaq istəmirəm. Bizim isə ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir. Bu gün “Lion” bizdən bütün cəhətdən üstün görünür. Çünki daha böyük çempionatda çıxış edir. Biz də kifayət qədər avrokubok təcrübəsi yığmışıq. Çalışacağıq ki, kollektiv şəkildə yaxşı mübarizə aparaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri