Icma.az
close
up
RU
“Belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil...”

“Belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil...”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında sazişlərə yenidən baxılması barədə verdiyi göstəriş Moskvanın yeni geosiyasi və təhlükəsizlik reallığını qəbul etməsinin başlanğıcı hesab oluna bilər. Məsələ bundan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi postsovet məkanında Rusiyanın əvvəlki təsir mexanizmlərində və təhlükəsizlik arxitekturasında ciddi şəkildə dəyişikliklər edilməsini şərtləndirdi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

O, bildirib ki, əvvəllər Kremlin təhlükəsizlik məkanınada olan postsovet dövlətləri hazırda bu məkanın artıq milli təhlükəsizliklərinə tam təminat vermədiyini, əksinə yeni təhdidlər yaradığını görüb daha müstəqil davranmağa, özləri üçün yeni təhlükəsizlik məkanı axtarmağa çalışırlar:

“Mərkəzi Asiyanın postsovet dövlətləri, xüsusən də Qazaxıstan və Özbəkistan artıq təkcə Rusiyanın deyil, deyil, Çinin, Türkiyənin, ABŞ-ın, Avropa İttifaqının və Körfəz ölkələrinin də əməkdaşlıq təkliflərini diqqətlə qiymətləndirir və yeni əməkdaşlıq modellərindən yararlanmağa çalışırlar Bu isə Rusiyanı köhnə mexanizmlərdən imtina etməyə məcbur edir. Bu baxımdan Rusiyanın son addımlarını yalnız KTMT kontekstində qiymətləndirmək kifayət etmir. Əslində Kreml sovetdənqalma təhlükəsizlik modelindən tədricən uzaqlaşır. Uzun illər Moskvanın əsas yanaşması vahid təhlükəsizlik məkanı yaratmaq idi. Bu modeldə KTMT hərbi, Avrasiya İqtisadi İttifaqı isə iqtisadi inteqrasiyanın əsas sütunu hesab olunurdu. Lakin son illərin hadisələri göstərdi ki, postsovet məkanı artıq vahid siyasi məkan deyil. Hər bir dövlət öz milli maraqlarına uyğun çoxşaxəli xarici siyasət yürüdür”. 

Onun sözlərinə görə, belə şəraitdə kollektiv təhlükəsizlik modeli əvvəlki səmərəliliyini itirir:

“Vaxtilə postsovet məkanının əsas hərbi ittifaqı kimi təqdim olunan KTMT bu gün əvvəlki siyasi çəkisini hiss olunacaq dərəcədə itirib. Ermənistanın faktiki olaraq təşkilatdan uzaqlaşması bunun ən bariz nümunəsidir. İrəvanın narazılığı təkcə bir ölkənin mövqeyi deyil, həm də KTMT modelinin dəyişən geosiyasi reallıqlara cavab verməkdə çətinlik çəkdiyini göstərdi. Ona görə də Rusiya kollektiv mexanizmlərdən daha çox ikitərəfli əməkdaşlıq formatına üstünlük verməyə başlayır. Çünki ikitərəfli münasibətlər daha çevikdir, daha az siyasi risk daşıyır və tərəfdaşların maraqlarına uyğun şəkildə yenilənə bilir. Digər tərəfdən, Mərkəzi Asiya regionunda yeni geosiyasi reallıqlar modeli formalaşır. Rusiya təhlükəsizlik komponentləri ilə regionda qalmağa, Çin iqtisadi gücü ilə yerini möhkəmləndirməyə, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının institusional mexanizmlərini yaratmağa, Avropa İttifaqı enerji və nəqliyyat - logistika xətlərinin təhlükəsizliyi baxımından regionda iştirakını genişləndirməyə çalışır. Məhz buna görə Rusiya yeni yanaşmaya, daha çevik modellərə keçməyə çalışır. Burada vahid ittifaqdan daha çox ikitərəfli və ya kiçik formatlı əməkdaşlıq mexanizmləri ön plana çıxır. Qazaxıstan, Özbəkistan, Belarus və digər tərəfdaşlarla fərqli səviyyədə təhlükəsizlik münasibətləri qurmaq Moskva üçün daha praktik görünür. Bu yanaşma Rusiyaya resurslarını daha məqsədyönlü bölüşdürməyə, tərəfdaş ölkələrə isə daha geniş siyasi manevr imkanları saxlamağa şərait yaradır.Yeni Avrasiya təhlükəsizlik modelində diqqət çəkən əsas məsələlərdən biri hərbi güclə logistikanın getdikcə bir-birindən ayrılmaz hala gəlməsidir”. 

Q.Əlibəyli deyib ki, müasir geosiyasətdə orduların hərəkəti qədər, yüklərin, enerjinin və məlumat axınının təhlükəsizliyi də strateji əhəmiyyət daşıyır:

“Məhz bu baxımdan Azərbaycan üçün yeni imkanlar açıla bilər. Azərbaycan artıq təkcə Güney Qafqazın deyil, bütövlükdə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. “Şimal–Cənub” dəhlizi Rusiyanı Hind okeanı istiqamətinə bağlayırsa, Transxəzər marşrutu Mərkəzi Asiyanı Avropaya çıxarır. Bu iki strateji xəttin kəsişdiyi nöqtə isə Azərbaycandır. Bu, Azərbaycanın həm əlverişli coğrafiyası və həm də müasir geosiyasi kapitalıdır.Rusiya ilə Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli əməkdaşlığa əsaslanan yeni təhlükəsizlik sistemi formalaşarsa, onun iqtisadi dayaqlarından biri məhz Azərbaycan olacaq. Çünki təhlükəsizlik yalnız silahla təmin edilmir. Onu dəmir yolları, limanlar, enerji marşrutları, rəqəmsal əlaqələr və etibarlı tranzit şəbəkələri də formalaşdırır. Azərbaycan məhz bu sahələrdə son illər ardıcıl üstünlüklər qazanıb, zəruri infrastrukturlar formalaşdırıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal–Cənub” nəqliyyat dəhlizi və Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiyalar birlikdə Azərbaycanı Avrasiyanın əsas logistika qovşaqlarından birinə çevirir. Məhz bu nəqliyyat şəbəkələri Rusiya ilə Mərkəzi Asiya arasında formalaşması iddia olunan yeni təhlükəsizlik arxitekturasının iqtisadi dayaqları ola bilər”.

Politoloq deyib ki, belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil, müxtəlif geosiyasi mərkəzlər arasında etimad və əlaqələndirmə platforması funksiyasını yerinə yetirə bilər:

“Bu isə ölkəmizin regional və qlobal siyasətdə rolunu keyfiyyətcə yeni mərhələyə çıxarır. Əgər əvvəllər Azərbaycanın üstünlüyü əsasən enerji resursları ilə izah olunurdusa, indi ölkənin əsas strateji üstünlüyü nəqliyyat, logistika, rəqəmsal bağlantılar və çoxtərəfli diplomatiyanın kəsişməsində formalaşır.XXI əsrin Avrasiyasında dövlətlərin çəkisi təkcə hərbi potensialla deyil, müxtəlif güc mərkəzlərini bir-birinə bağlamaq qabiliyyəti ilə də müəyyən edilir. Azərbaycanın artan geosiyasi əhəmiyyəti də məhz bu yeni reallığın məhsuludur.Nəticə kimi qeyd edə bilərik ki, Putinin son göstərişi təkcə iki sazişin yenilənməsi deyil. Bu, Kremlin yeni geosiyasi reallığı qəbul etməsinin ilk əlamətlərindən biridir. Həmin reallıqda Azərbaycan artıq hadisələri kənardan izləyən ölkə deyil, Avrasiyanın yeni siyasi və iqtisadi xəritəsinin formalaşmasına təsir göstərə bilən mühüm aktorlardan biridir”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Avqust 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri