Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Azərbaycan yaşıl artım ölkəsi

Azərbaycan yaşıl artım ölkəsi

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində davamlı işlər aparılır.

Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərin zəngin təbiətinə qarşı ekoloji terror törədən işğalçıların ərazilərdəki təbii yataqları vəhşicəsinə istismar edərək təbiət qoruqlarındakı nadir ağacları kökündən kəsib yandırması, çay və su hövzələrininin çirkləndirməsi nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub.

Füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik həmin ərazilərdə müasir meşəsalma nümunələri əsasında ekoloji tarazlığın bərpa edlməsi, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır. Təbiətin bəxş etdiyi gözəlliklər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca bu torpaqlarda olduqca cazibədar bir mənzərə yaranır.

Cavanşir Feyziyev

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev "3 mart - Ümumdünya Təbiət günü" ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur başda olmaqla respublikanın bütün regionlarında, o cümlədən paytaxt Bakıda yenidənqurma və abadlıq işlərinin aparılması, yaşıl mədəni mərkəzlərin salınması paytaxtın və bölgələrimizin estetik baxımdan gözəlliyini artırmaqla yanaşı, həm də ölkəmizdə ekoloji durumun müsbət istiqamətə balanslaşdırılmasında əhəmiyyətli rol oynayır.

2024 - cü ildə - "Yaşıl dünya naminə həmrəylik ili"ndə dövlət başçısının imzaladığı çoxsaylı sərəncamları xatırladan Cavanşir Feyziyev vurğulayıb ki, paytaxtda və regionlarda aparılan abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədi ilə AMEA-nın Elmi Şurasının qərarı ilə yaradılan 90 yaşlı Mərkəzi Nəbatat Bağı Bakıda və regionlarda ekoloji sağlamlığın qorunması, təbiətin təmizliyinə dair maarifləndirmə, başqa ölkələrdən gətirilən bitkilərin becərilməsi və onların ətraf mühitə alışmasının mərhələli öyrənilməsini və bu kimi bioprosesləri özündə ehtiva edən elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Nəbatat bağında 2500-dən çox ağac, kol, ot bitkiləri və 150-yə yaxın nadir bitki növünün qorunduğunu xatırladan Cavanşir Feyziyev diqqətə çatdırıb ki, bu bağın əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək, onların təsərrüfat üçün qiymətli növlərini seçib müəyyənləşdirmək və inkişaf etdirməkdir.

Bu gün ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində təbiətə qulluqla yanaşı, eyni zamanda əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili üçün çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar əsaslı şəkildə yenidən qurulur. Bütün bunların sayəsində paytaxt tədricən yaşıl şəhərə çevrilir.

Deputat təəssüf hissi ilə vurğulayıb ki, çağdaş dönəmdə dünyanın ekoloji durumunun getdikcə çətin sınaqlarla üzləşdiyini müşahidə etməkdəyik. Baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlər bütün bəşəriyyəti narahat edən qlobal problemə çevrilib. Ona görə də təbiətin mühafizəsi ilə bağlı həyata keçirilən təşəbbüslər ekologiyanın sağlamlaşdırılması ilə yanaşı həm də insanların psixologiyasına xoş impulslar ötürmək, müsbət əhval-ruhiyyə yaratmaq baxımından müstəsna əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür təşəbbüslər cəmiyyəti daha böyük həmrəyliklə ekoloji problemlərin qarşısının alınmasına cəlb edir.

Dünyanın bir çox ölkələrində Nəbatat bağlarının yaradılması və inkişaf etdirilməsi ənənəsi mövcuddur. Məsələn, Nyu Yorkdakı 21 hektarlıq bağın əsası 1910-cu ildə qoyulub və hər il təxminən bir milyon insan buranı ziyarət edir. Bir sıra xüsusi bağların, bitki kolleksiyalarının, Steinhardt Konservatoriyasının, incəsənət qalereyasının daxil olduğu bağın digər bağlardan fərqi burada 12 min növ bitkinin, bonsai muzeyinin, istixana, albalı çiçəyi esplanadasının, yapon və qaya bağlarının olmasıdır.

Rio-de-Janeyronın 140 hektarlıq Nəbatat bağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. 6500 bitki növünün becərildiyi və bir çox əhəmiyyətli abidələrin yerləşdiyi bağ sanki bir oksigen dənizidir.

Turistlər arasında olduqca məşhur olan Nong Nooch Tropik Nəbatat bağı isə Tailandın Çonburi əyalətində Pattaya yaxınlığında yerləşir. Sahəsi 2,4 kvadrat kilometrdir. Kəpənək təpəsi, Orxideya bağı, fil ferması, fransız parkı, bonsai bağı bu heyrətamiz bağdakı maraqlı yerlərin hələ tam siyahısı deyil.

Fransanın Claude Monet bağı isə vaxtilə məşhur rəssam Oskar Klod Monenin şəxsi malikanəsi olub. Bağın yaradılmasında rəssam öz təxəyyülünün imkanlarından məharətlə istifadə edib.

Bunlar çoxsaylı Nəbatat bağlarından yalnız bir neçəsidir. Onların sırasında Azərbaycanın Mərkəzi Nəbatat bağının da olması qürurvericidir.

Azərbaycan Mərkəzi Nəbatat bağında ölkə florasına aid olan bitkilərlə bərabər, dünyanın müxtəlif yerlərindən - Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsindən və digər yerlərdən gətirilmiş qiymətli ağac, kol, çiçək və bitkilər becərilir. Payız gülü, dağ laləsi, nərgiz, sünbülçiçək, süsən və 400-ə qədər qızılgül növünün kolleksiyası və s. "məskən" saldığı bizim Nəbatat bağı dünyanın istənilən analoji yaşıl məkanı ilə yarışa bilər.

Son aylarda dövlət başçısının müvafiq sərəncamları və göstərişlərinə əsasən, xüsusilə işğaldan azad edilən ərazilərdə, eyni zamanda paytaxt Bakıda və bütün regionlarda həyata keçirilən müntəzəm və məhsuldar yaşıllaşdırma tədbirləri, ölkəmizin simasını dəyişməklə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı həm də respublikamızın “yaşıl dünya”ya qatdığı dəyərin töhfəsidir”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Mart 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1054

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see360

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see357

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see276

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see268

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see262

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see245

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see243

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see225

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see221

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see213

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see208

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see199

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see193

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see182

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see176

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see175

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri