Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bələdiyyə seçkiləri: hansı partiyalar iştirak edəcək? Sorğu

Bələdiyyə seçkiləri: hansı partiyalar iştirak edəcək? Sorğu

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda gələn ilin yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi Təqvim Planına əsasən, artıq namizədlərin irəli sürülməsinə başlanılıb.

Teleqraf.com partiyaların bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı soğru keçirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Siyavuş Novruzov təmsil etdiyi siyasi təşkilatın bütün seçkilərdə olduğu kimi qarşıdan gələn bələdiyyə seçkilərinə də hazır olduğunu bildirib.

“Bələdiyyə seçkiləri də müstəqillik tarixində ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində keçiriləcək. Buna qədər növbədənkənar prezident və parlament seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərinə baş tutub”, - deyə o əlavə edib.

YAP təmsilçisi qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük islahatlar həyata keçirilir: “Ölkəmiz bu gün öz tarixinin yeni bir dövrünü yaşayır. 200 illik bir tarixi dövrdə Azərbaycan öz suveren ərazilərində iki seçki prosesini keçirib. Artıq bələdiyyə seçkilərinə start verilib. Mərkəzi Seçki Komissiyası artıq bələdiyyə seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb. İlk dəfə olaraq işğaldan azad edilən ərazilərdə bələdiyyə seçkiləri baş tutacaq”.

Siyavuş Novruzov bildirib ki, bələdiyyələrin birləşməsi ilə bağlı artıq zəruri addımlar atılıb: “YAP bu il iki böyük seçki prosesini uğurla başa vurub. Partiya aparatı seçki ilə bağlı işləri uğurla icra edib. Bələdiyyə seçkiləri ilə bağlı YAP-da artıq işlər başlayıb. Seçkilər elan edildikdən sonra 685 bələdiyyəyə YAP tərəfindən müvafiq namizədlər irəli sürüləcək. İşğaldan azad edilən ərazilərdə də formalaşacaq bələdiyyələrdə YAP-ın namizədləri təmsil olunacaq”.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bələdiyyə seçkilərində iştirakla bağlı hələlik qərar vermədiklərini bildirib: “Gələn həftə Müsavat partiyasının bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarı açıqlanacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı seçkilərin onlar üçün olduqca vacib olduğunu bildirib:

"VHP yarandığı gündən bütün seçkilərdə iştirak edib. Hazırlıqlarımız xeyli müddətdir başlayıb. Bir neçə gün sonra namizədlərimizlə bağlı sənədləri müvafiq qurumlara təqdim edəcəyik".

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də seçkilərdə iştirak edəcəklərini deyib:

"Biz də hazırlıqlara başlamışıq. Seçkilərdə mütləq iştirak edəcəyik. Partiya təşkilatları namizədləri müəyyənləşdirir. Seçki kampaniyasına hazırlaşırıq. Onu da vurğulayım ki, bələdiyyə seçkiləri bizim üçün mühüm əhəmiyyət kəsb edir".

Razi Nurullayev də Milli Cəbhə Partiyasının (MCP) bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib:

"Rəhbərlik etdiyim partiya seçkilərdə iştirak edəcək. Ümumiyyətlə, biz boykot tərəfdarı olmamışıq. Seçki komissiyası yaratmışıq, hazırda fəaliyyət göstərirlər. MCP-nin iclası çağırılıb, şöbələr dəvət olunub. Bu gün məsul şəxslərə seçkilərlə bağlı vacib təlimatlar veriləcək".

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı digər həmkarları ilə eyni fikirdə olduğunu vurğulayıb:

"Bələdiyyə seçkilərinə xüsusi önəm vermişik. Baxın, biz demək olar ki, bütün seçkilərdə uğur qazanan 2-3 partiyadan biriyik. Ənənəmizi davam etdirəcəyik. Unutmayaq ki, bələdiyyələr vacib institutdur. Ümidvaram ki, onlar yeni çağırışlara uyğun formalaşacaq. Qeyd etdiyim kimi, seçkilərdə iştirak etmək niyyətindəyik".

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı seçkilərdə iştirakla bağlı mövqelərini belə ifadə edib:

"Partiya olaraq bələdiyyə seçkilərində iştirak edəcəyik. Bələdiyyələr bizim üçün hər zaman önəmli olub. Yaxın günlərdə namizədlərlə bağlı qərar verəcəyik".

REAL Partiyası da seçkilərdə iştirak edəcək. Partiya sədri Natiq Cəfərli saytımıza açıqlamasında bunu təsdiqləyib:

"Partiyanın yarandığı gündən seçkilərdə iştirakın tərəfdarıyıq. Seçkilərin vacib institut olduğunu hər zaman vurğulamışıq. İştirak edəcəyik, amma hansı bölgələrdən üzvlərimizin namizədliyini irəli sürəcəyimizə dair qərarı yaxın günlərdə verəcəyik. Bu barədə müzakirələrimiz davam edir".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da seçkilərdə iştirakla bağlı qərar verdiklərini bildirib:

"Seçkilərdə iştirak edəcəyimizə dair qərar vermişik. Partiyamız namizədlərin və müşahidəçilərin siyahısını hazırlayır. Ümid edirəm ki, prosesdə aktiv rol alacağıq".

Elşad Musayev rəhbərlik etdiyi Böyük Azərbaycan Partiyasının seçkilərdə iştirak edəcəyinə dair suala aydınlıq gətirib:

"Bizim partiya prezident, parlament seçkilərindən sonra bələdiyyə seçkilərində də iştirak etmək niyyətindədir".

Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkilərdə iştirak etməyəcək. Partiya sədri Əli Kərimlinin köməkçisi Ruslan Əmirov bunun mümkünsüzlüyündən danışıb:

"Mövcud şəraitdə biz bələdiyyə seçkilərində iştirak etməyəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 29 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri