Icma.az
close
up
RU
Hansı partiyalar bələdiyyə seçkilərində iştirak edəcək? SORĞU

Hansı partiyalar bələdiyyə seçkilərində iştirak edəcək? SORĞU

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Dünən Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı təyin olundu.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər 2025-ci il yanvarın 29-da baş tutacaq. Qurum artıq seçkilərin keçirirlməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını da təsdiq edib.
Maraqlıdır, hansı partiyalar bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir
Bizim.Media
bu sualla bir neçə partiya sədrinə müraciət edib.
REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, rəhbərlik etdiyi siyasi partiya bu seçkidə çox yer qazanmağı hədəfləyib:
“Yerli özünüidarəetmə bizim partiya üçün üçün prioritet sahələrdəndir. Biz bu sahədə ciddi dəyişikliklərin olmasına, yeni qanunların qəbul edilməsinə, böyük şəhər bələdiyyələrinin yaradılmasına, bələdiyyələrinin səlahiyyətlərinin, məsuliyyətlərinin artırılmasına həmişə çağırışlar etmişik. Ona görə də REAL Partiyası bələdiyyə seçkilərində mütləq iştirak edəcək”.
Natiq Cəfərli qeyd edib ki, hansı bölgələrdən və hansı namizədlərlə iştirak edəcəkləri isə yaxın günlərdə partiya strukturlarında gedən müzakirələrdən sonra məlum olacaq:
“Biz elə bir yanaşma ortaya qoymaq istəyirik ki, bələdiyyələrin ən azından bir neçəsində tək partiya nümayəndəsi olmasın, həm də orda seçkini udaq.
Bələdiyyələrdə 11 üzvdən 19 üzvədək tərkib var. Orda ən azından yerlərin yarısını qazanmaq lazımdır ki, bələdiyyə idarəetməsində söz sahibi olasan. Ona görə də bir neçə bələdiyyədə tam tərkiblə iştirak etməyi düşünürük. İstəyirik, bütün bələdiyyə üzvləri yerlərinə namizədlərimiz olsun. Yaxın günlərdə bu məsələlərlə bağlı müzakirələr yekunlaşacaq və ictimaiyyətə məlumat verəcəyik”.
“Ajiotaj yoxdur “
Ağ Partiyanın sədri Tural Abbaslı da seçkidə iştirak edəcəklərini bildirib:
“Bələdiyyələrin Azərbaycan cəmiyyətindəki mövqeyi, təsir imkanları,  yerlərdəki nüfuzu bəllidir. Ona görə deməzdim ki, bununla bağlı cəmiyyətdə bir ajiotaj var. Baxmayaraq ki, Türkiyədə bələdiyyə seçkiləri ən ajiotajlı seçkilərdir. Çünki minlərlə namizədlər, ciddi rəqabət olur.
Azərbaycanda da əslində 680 bələdiyyə var. 10 bələdiyyə üzvü ilə hesablasaq, 6500-dən artıq insan seçiləcək. Bu, ən kütləvi seçkilərdir. Amma buna baxmayaraq, cəmiyyətdə o qədər ajiotaj yoxdur. Çünki dediyim kimi, bələdiyyələrin səlahiyyətləri məhduddur. Onların gündəlik yaşam tərzinə təsir imkanları o qədər zəifdir ki, heç kimin həvəsi yoxdur. Buna baxmayaraq, biz seçkilər elan olunmamışdan qabaq partiyanın rayon təşkilatlarına məlumat vermişdik ki,  maksimum çox adam namizədliyini verib bu prosesdə iştirak etsin”.
Abbaslı deyib ki, partiya bu prosesə həm də üzvlərinin seçki təcrübəsinin artırılması, onların seçiçilərlə işləmək qabiliyyətlərinin formalaşması, seçki kampaniyası haqqında anlayışlarının olması praktikası kimi yanaşır.
“300 nəfərlik siyahımız hazırdır”
AMİP sədri Arzuxan Əlizadə də sədri olduğu partiyanın bələdiyyə seçkilərinə qatılacağını deyib:
“Bələdiyyə seçkilərinin təyin olunmasını gözləyirdik. Müəyyən səbəblərdən təyinat gec oldu. Amma istənilən halda qanunvericiliyə uyğundur. Və biz partiya olaraq seçkiyə qatılacağıq. Bu prosesə bir müddət əvvəl başlamışdıq. Namizədlərimiz də müəyyən olunub. Təxminən 300 nəfərlik siyahımız hazırdır. Ola bilər bir qədər də artsın. Ayrı-ayrı bələdiyyələr üzrə namizədlərimizi irəli sürərək təmsil olunacağıq”.
Rəna Cumaqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri