Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri ilə əlaqədar YAPın Mərkəzi Seçki Qərargahı yaradılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar YAPın Mərkəzi Seçki Qərargahı yaradılıb

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, partiyadan bildiriblər ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın daha bir mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu qeyd edib. "Məlum olduğu kimi, 2025-ci il yanvarın 29-da ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Siyasi sistemin aparıcı qüvvəsi olan YAP indiyədək bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb və inamlı qələbələrə imza atıb. Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır", - deyən Tahir Budaqov bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biri üzrə YAP-ın öz namizədlərini irəli sürəcəyini diqqətə çatdırıb.

Sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumat verilib.

İclasda ilk olaraq "Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı" müzakirə edilərək təsdiq olunub.

Daha sonra Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.

İclasda çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Arif Rəhimzadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı və Aynur Sofiyeva seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıblar.

İclasa yekun vuran Tahir Budaqov əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinin də mütəşəkkil həyata keçirilməsi üçün partiyanın bütün resurslarının cəlb olunacağına əminliyini ifadə edib və bu prosesdə iştirak edəcək partiya üzvlərinə müvəffəqiyyətlər arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see288

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see208

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see187

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see165

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see133

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see131

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see129

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri