Icma.az
close
up
RU
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq RƏY

Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq RƏY

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda bələdiyyə institutunun təkmilləşdirilməsi, yerli idarəetmə orqanlarının fəaliyyətinin artırılması daim dövlətin diqqət mərkəzindədir. Bələdiyyələrin vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda rolu mühümdür. Ölkəmizdə bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə ulu öndər Heydər Əliyevin  bilavasitə iştirakı və rəhbərliyi ilə qəbul edilib.  Azərbaycandakı inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Məlum olduğu kimi, bu gün - yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkisi keçirilir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, builki bələdiyyə seçkilərini əvvəlkilərdən fərqləndirən cəhətlərdən biri namizədlərin 31%-inin qadınlar, yarısının isə yaşı 30-dan aşağı gənclər olmasıdır: 

“Əvvəllər isə namizədlər arasında yaşlılar, xüsusilə, kişilər mütləq əksəriyyət təşkil edirdi. Vəhdət Partiyasından namizədliyi irəli sürülənlər də belə tərkibdə olurdu. Gələcək üçün yaxşıdır ki, yerli özünüidarəetmə orqanlarında qadınların və gənclərin sayı artacaq. Bu cür tərkiblə namizədlik irəli sürülübsə, yəqin ki, seçilənlər arasında da gənclərin və xanımların əhəmiyyətli sırada çəkisi olacaq. Seçki ərəfəsində aparılan təşviqat kampaniyasında ciddi qanun pozuntusuna rast gəlmədik. Digər partiyalar da müşahidəçilər veriblər. Bizim partiyamız respublika üzrə 800-ə yaxın müşahidəçi verib ki, səsvermə prosesinə nəzarət etsinlər. Seçki prosesində də ciddi qarşıdurma yaranmayıb. Gözləyək görək, hansı nəticələr olacaq. Dövlət orqanları da bu cür şəraiti sonuna kimi davam etdirsələr, yaxşı olar. İndiyə qədər ciddi narazılıq olmadısa, seçki nəticələrində də narazılıq olmamasını arzu edirəm”. 

Siyasi şərhçi Abutalıb Səmədov isə bildirib ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri 2023-cü ildə "Siyasi partiyalar haqqında" qanun qəbul olunduqdan sonra keçirilən ilk belədiyyə seçkiləridir:

“Məlumdur ki, qanunun qəbulundan sonra partiyaların yenidən qeydiyyatı prosesi keçirildi, Azərbaycanda 27 siyasi partiya fəaliyyət göstərmək hüququ qazandı. Bu gün isə bələdiyyə seçkilərində 23 siyasi partiya iştirak edir. Bütövlükdə, 16 mindən artıq şəxsin namizədliyi verilib, onların yarıdan çoxu siyasi partiyaların təmsilçiləridir. Bitərəflər də seçkidə çox fəal şəkildə iştirak edirlər. 7588 bitərəf namizəd bələdiyyə sədri seçilmək uğrunda mübarizə aparır. Sevindirici məqamlardan biri də gənclərin bu prosesdə aktiv şəkildə iştirak etmələridir. Bu isə hazırda bələdiyyə seçkilərini əvvəlki illərdən fərqləndirən əsas məqamlardan biridir. Ölkədə 5846 məntəqə yaranıb və onun 1000-də vebkamera qurulub. Bu isə təbiidir ki, seçkilərin gedişinə nəzarət etmək imkanını artırır. Bundan başqa, 70 mindən artıq müşahidəçi qeydə alınıb. Onlar məntəqələrdə səsvermənin gedişinə nəzarət edəcəklər. Məlumdur ki, seçkilər majoritar sistem əsasında keçirilir. Daha çox səs alan namizədlər bələdiyyə üzvü seçilmiş hesab olunurlar. Gözləntimiz budur ki, bu gün keçirilən bələdiyyə seçkiləri Azərbaycanda yerli idarəetmənin təkmilləşdirilməsində, keyfiyyətinin artmasında mühüm rol oynayacaq, bələdiyyələrə savadlı, enerjili gənclər və təcrübəli insanlar seciləcəklər. Həm bitərəflərin, həm də siyasi partiyaların təmsil olunduqları bələdiyyələr ötən illərin təcrübəsini nəzərə alaraq öz fəaliyyətlərini daha yaxşı qurmağa cəhd göstərəcəklər. Əhalinin müraciətlərini, tələblərini qısa müddətdə reallaşdırmağa, imkanları daxilində mövcud problemləri aradan qaldırmağa, bələdiyyə institutunun əhali arasında nüfuzunun daha da artmasına cəhd göstərəcəklər”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see233

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see172

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see142

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see129

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see116

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri