Icma.az
close
up
RU
Əhalinin nəzərinə: Bu ərazilərdə diqqətli olun! Səbəb isə...

Əhalinin nəzərinə: Bu ərazilərdə diqqətli olun! Səbəb isə...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Havaların isinməsi ilə bir çox insan artıq dəniz kənarına üz tutmağa başlayıb. Digər tərəfdən, mövsüm hələ rəsmi olaraq açılmayıb və bəzi ərazilərdə çimmək qadağandır. Bu isə təhlükəsizlik və sanitariya baxımından ciddi risklər yaradır.

Fövqəladə Hallar Nazirliyi (FHN) insanların təhlükəli ərazilərdə dənizə girməsinə necə nəzarət edir? Qadağa tətbiq olunan sahələrə giriş hansı formada tənzimlənir?

Globalinfo.az-a danışan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin (KGNSXDX) İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib ki, istər çimərlik mövsümü zamanı, istərsə də digər vaxtlarda insanlara təhlükəli sahələrdə üzmək tövsiyə olunmur:

“Əməkdaşlarımız yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinq keçirirlər. Əsas məqsəd istifadəyə yararsız, təhlükəli çimərlik ərazilərinin müəyyənləşdirilməsidir. Eyni zamanda, çimərlik sahibkarlarına təhlükəsizlik qaydaları ilə bağlı bildirişlər təqdim olunur. Özəl çimərlik ərazilərində onlar təhlükəsizlik tədbirləri həyata keçirilməlidirlər. Biz dövlətin müəyyən etdiyi çimərlik zonalarına cavabdehik”.

Akşin Əlili

Qurum rəsmisi bildirib ki, təhlükəli sahələr monitorinq zamanı müəyyən olunub:

“Şüvəlan qəsəbəsində “Mil-Qaya” və “Şimal Qres”, Bilgəh ərazisində, “12-ci dalan” adlanan ərazilər təhlükəli yerlər sayılır. Həmin ərazilərdə sualtı axınların sürəti normadan artıqdır, ərazidə qəfləti çuxurlar, yarğanlar var. Belə hövzələrdən istifadə həmin şəxslərin həyat və sağlamlığına ciddi təhlükədir. Vətəndaşlar çimərlik seçimində diqqətli olmalıdırlar. Hər hansı bir ərazidə xilasedicilər, üzmə sərhədlərini müəyyən edən nişanlar yoxdursa, ora getməsinlər”.

A.Əlili qeyd edib ki, Xidmətin nəzarət etdiyi və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan çimərliklər var:

“Həmin ərazilərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, təmizləmə işləri görülür, üzmə sərhədlərini təyin edən nişanlar quraşdırılır, ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün məlumat xarakterli lövhələr yerləşdirilir, Xidmətin balansında olan xilasetmə texnikaları işlək vəziyyətə gətirilir. Lakin nəzarət olunmayan çimərliklərdə, o cümlədən suvarma kanallarında, çaylarda, göllərdə bu kimi tədbirlər həyata keçirilmir. Çünki həmin ərazilər çimərlik üçün nəzərdə tutulmayıb və bunun üçün təyinat yoxdur”.

Ləman Hüseynzadə
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri