Zelenski: Yeni müdafiə paketləri və dron istehsalına sərmayələr olacaq KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müdafiə imkanlarını artırmaq üçün yeni addımlar atıldığını açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın bir sıra tərəfdaş ölkələri ilə təhlükəsizliyin gücləndirilməsi məqsədilə bir neçə ümumi qərar razılaşdırılıb.
KONKRET.az xəbər verir ki, Zelenski bildirib ki, yaxın zamanda Ukraynaya yeni müdafiə paketləri təqdim olunacaq və xüsusilə pilotsuz uçuş aparatlarının – dronların istehsalı sahəsində yeni sərmayələr qoyulacaq:
“Ukrayna daha çox istehsal edə bilər və etməlidir. Biz tərəfdaşlarımızın bu sahəyə yatırdığı sərmayələri, müharibədən sonra onların öz arsenal ehtiyatlarını doldurmaları üçün üstünlük imkanı kimi görürük.”
Prezident qeyd edib ki, bu addımlar Ukraynanın müdafiə sənayesini gücləndirməklə yanaşı, müttəfiqlər üçün də strateji dəyər daşıyacaq.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 İyun 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















