Bələdiyyələr hesabat və aktlarını nəzarət edən orqanın informasiya sistemində yerləşdirəcək
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bələdiyyələr qəbul etdikləri hesabat və aktları onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir.
Belə ki, dəyişikliklərə əsasən, bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər rəhbərlik etdikləri qurumun qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında informasiya sistemində yerləşdirməlidirlər.
Qəbul edilən aktları isə, bələdiyyələr həmin sənədin qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq (əvvəlki qayda ilə 5 iş günü) inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.
Hesabatlar bələdiyyə iclasında təsdiq edildikdən dərhal sonra qərara əlavə olunaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməlidir.
Bundan başqa bələdiyyələr yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti il yanvarın 30-dək təqdim edilməlidir.
Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















