Bələdiyyələr torpağı qiymətləndirə bilməyəcək DƏYİŞİKLİK
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklər ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində yeni səlahiyyət müəyyənləşib. Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək".
"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Bu isə o deməkdir ki, bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcəklər:
"Yeni qanuna əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək.
Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsinə, vətəndaşların torpaqlara əlçatanlığının artmasına, maraqların toqquşmasının qarşısının alınmasına və sui-istifadə hallarının aradan qaldırılmasına xidmət edəcək".
Xəzər
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 15 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















