Bələdiyyələr torpaqlarını icarəyə verməklə kifayətlənməməlidir
Icma.az bildirir, Modern.az portalına istinadən.
Bələdiyyələr kənd təsərrüfatına yararlı torpaqlarında istehsalla məşğul olmaqla gəlirlərini artıra və əldə olunan vəsaiti ərazilərin abadlaşdırılmasına yönəldə bilərlər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bələdiyyələr sərəncamlarındakı torpaqları icarəyə verməklə cüzi gəlir əldə edirlər. Onun fikrincə, kənd təsərrüfatı istehsalında iştirak bələdiyyələr üçün əlavə gəlir mənbəyi ola bilər.
“Bələdiyyələr kənd təsərrüfatına yararlı sahələrdə əkinlə məşğul olsa, əldə edilən məhsulu bazara çıxarsa, heyvandarlıq və arıçılıq kimi sahələri inkişaf etdirsə, qazancları da artar. Bu gəlirlər əhalinin yaşadığı ərazilərdə abadlıq və quruculuq işlərinə sərf oluna bilər”, – o qeyd edib.
Siyavuş Novruzov aqrar sahənin inkişafı ilə mütəxəssislərə tələbatın da artacağını vurğulayıb. O, aqronomluq, baytarlıq və digər kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsini vacib sayıb.
Komitə sədri hər bir fermer təsərrüfatında kənd təsərrüfatı mütəxəssisinin olmasının əhəmiyyətini qeyd edib, elmlə praktikanın birliyinin məhsuldarlığın artırılmasına xidmət etdiyini bildirib.
O, müzakirə olunan layihənin istehsaldan satışadək bütün mərhələləri əhatə etdiyini də söyləyib:
“Əslində, bu qanun layihəsinin adını ‘Əkindən bazara qədər’ qoymalı idik. Torpağın əkilməsindən başlayaraq məhsulun istehsalına, sertifikatlaşdırılmasına, bazara çatdırılmasına və satışına qədər hər bir detal burada öz əksini tapıb”.
Siyavuş Novruzov qanun layihəsini dəstəklədiyini və Milli Məclisin plenar iclasının gündəliyinə təqdim olunmasını məqsədəuyğun hesab etdiyini bildirib.
Baxış sayı:120
Bu xəbər 07 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















