Icma.az
close
up
RU
“Belələrinin ayıbını elə qara torpaq örtməlidir” EKSPERT DANIŞDI

“Belələrinin ayıbını elə qara torpaq örtməlidir” EKSPERT DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün efirlərin birində evli kişidən övlad sahibi olmağa hazırlaşan qadınla ekspert söz savaşına çıxıb. Belə ki, hamilə qadın bu addımı ilə özünə haqq qazandırıb. SİA mövzu ilə bağlı həmin ekspert Fatimə Hacıbəylinin fikirlərini öyrənib.

Ekspert bildirib ki, bu məişət pozğunluğudur: “Evli və nikahda olan kişilər yoldaşlarına xəyanət edirsə, ilk günah kişidədir. Mən qadından öncə kişini günahlandırıram. Çünki o öz qadınını, halalını harama qatır. Evləndikdən sonra əgər öz xanımını istəmirsənsə, ayrıl get başqası ilə evlən. Burada sənə heç kim heç nə deyə bilməz. Ancaq sənin ailən olduğu halda sən kənarda başqa qadınlar görüşürsənsə, sən xəyanətkarın ən böyüyüsən.

Kişi etdiyi və qoyduğu bütün əməllərə cavabdeh olmalıdır. Hamilə qadının münasinətdə olduğu Elnur məsuliyyətsiz adamdır. O etdiyi hərəkətlərə cavabdeh deyil. Kişilər yadında saxlasın ki, kənarda xəyanət edən bütün kişilərin başına bu qadın kimi birisi gələcək. Bu mütləq baş verəcək. Onların ayaqlarına belə bir zəncir yapışacaq və onları buraxmayacaq. Bu hələ gördüyümüz birdir. Belə qadınlar çoxdur. Onlar tüfeyli həyat tərzi keçirən insanlardır. Bu tip qadınlar başa düşsünlər ki, evli kişi sənlə münasibət qurursa, sən onun üçün bir həvəssən, ciddi qəbul olunmursan. Kişi üçün ailəsi önəmlidir. Çox ağır mövzudur.

Bu hamilə qalan qadın böyük-kiçik saymır. Ata-anası da ondan imtina edib. Belələrinin ayıbını elə qara torpaq örtməlidir. Mənim o dünyaya gələcək uşağa ürəyim ağrıyır. O istənilməyən bir övladdır. O qadın deyə bilər ki, uşaq sevgidən yaranıb. Ama hansı sevgidən danışaq? O ötəri bir həvəsdən yaranmış uşaqdır. O uşağın taleyini düşünmək çox çətindir. Bu uşaq böyüyəndə travma ilə böyüyəcək. Elnurun öz yoldaşı iki uşaqdan əlavə yenə hamilədir. Bu qadın da çalışır ki, Elnurun ailəsini dağıtsın. Mən bu qadına heş vaxt haqq vermirəm.

Bəzən uşaqlar valideynlərinin gördüyü səhv işlərin əziyyətini çəkirlər. Ona görə də uşaqlarımız travma ilə böyüyür. Bu qadın övladını düşünmür. O sadəcə “Mən dediyim olacaq” prinsipi ilə hərəkət edir. O özü də bildirir ki, “Elnur zəif xarakterli biri idi”. Bu qızın məqsədi avam birini axtarmaq olub və onu da tapıb.

Bu sevgi deyil. Sevgi belə olmur. Sevən şəxs sevdiyinə belə zərbə vurmaz. Ölkədə nikahdankənar dünyaya uşaq gətirən qadınların sayı ciddi formada artır. Bununla bağlı bir ölçü götürülməlidir. Vətəndaş nikahları ilə bağlı ciddi formada qadağalar tətbiq edilməlidir. Əgər bu vəziyyət belə davam etsə, onsuz da boşanmalara və nikah azlığına görə ciddi təhlükədə olan ailə insitutu nikahdankənar doğuma görə daha böyük təhlükə altına düşəcək”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri