Icma.az
close
up
RU
“Bəli, mən deyirəm ki, yaxşı oyun keçirdik” Rəşad Eyyubov azarkeşlərlə mübahisə etdi

“Bəli, mən deyirəm ki, yaxşı oyun keçirdik” Rəşad Eyyubov azarkeşlərlə mübahisə etdi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Martda futbol yığmamızın məşqçi korpusuna təyinat alan Rəşad Eyyubov Latviya ilə oyundan sonra “feysbuk” profilində paylaşım edib. Onun paylaşımı azarkeşlərdə qıcıq doğurub.

“Football-plus.az” paylaşımı və şərhləri təqdim edir.
Rəşad Eyyubov: Layiqli rəqibə qarşı yaxşı bir oyun keçirdik. Bizə dəstək olmaq üçün Riqaya gələn azarkeşlərə təşəkkür edirəm.
Nihad Ağazadə: Nə danışırsan? Bəsdi. Azərbaycanı biabr elədiz. Sizin qürurunuz yoxdu? Yaxşı oyun deyirsən sən dünənki oyuna? Hamınıza ayıb olsun.
Rəşad Eyyubov: Mən sənin aqressiyanı başa düşmürəm. Bizim heç-heçəmiz ölkəni necə biabır edə bilər ki? Bəli, mən deyirəm ki, dünən yaxşı oyun keçirdik. Qol çatmadı və bu problemdi. Amma sən fikrini bildirəndə başqalarının əməyinə hörmətlə yanaşmalısan.
Nihad Ağazadə: 9 oyuna 7 məğlubiyyət 2 heç-heçə edən sizsiz və illərdi ki, ölkəni biabır edirsiz, bölgənin ən qapazaltı komandası olub artıq Azərbaycan. Nəinki bölgənin, hətta dünyanın ən zəiflərindəndi. O boyda büdcə ilə hələ deyirsən aqressiyamı başa düşmürsən. Nə edək? Gedək hava limanında zurna-balabanla qarşılayaq sizi? Hansı yaxşı əməlinizə görə? Latviya körpələrinə qol vura bilmədi sizin komanda. Özünüzün olmuyan əməyinizə hörmət tələb edən məşqçi, bəs sizin biabırçılığlarınızın bədəlini kim ödəyəcək? Düz deyirsən, elə sizə layiqli rəqib reytinq cədvəlində 139-cu yerdə olan komandanın ikinci heyətidi.
Faləddin Dadaşlı: Latviyanin 3 gün sonra seçmə mərhələdə oyunu var idi deyə, demək olar ki, oynamayan oyunçulara şans verdi. Layiqli rəqib deyirsiz? Dünyada ən zəif futbol yığmalarından biri də elə Latviydı. Rəşad bəy, ən yaxşısı, statuslar yazıb lap özünüzü xalqa güldürməyin. D liqasına düşən yığmanın nəticəsi, əlbəttə, biabırçılıqdı!!!
Taleh Şərifov: FİFA reytinqində 139-cu yerdə olan rəqib və biabırçı oyun. Layiqli nəticə? Nə bilim, vallah.
Şah Nəbiyev: Və bizi Fransa ilə oyunlar gözləyir...
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 İyun 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri