Bellinqem Zidanı geridə qoydu
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem Madrid klubunun heyətində vurduğu qolların sayına görə əfsanəvi futbolçu Zinəddin Zidanı qabaqlayıb.
QOL.az xəbər verir ki, ingiltərəli futbolçu La Liqanın 11-ci turunda “Rasinq”lə keçirilən görüşdə fərqlənərək komandasının 3:0 hesablı qələbəsinə töhfə verib. Matçın 22-ci dəqiqəsində vurulan qol Bellinqem üçün “Real” forması ilə 50-ci olub.
Beləliklə, 154-cü oyununda bu göstəriciyə çatan yarımmüdafiəçi klubda 2001-2006-cı illərdə çıxış etmiş Zidanı geridə qoyub. Fransalı əfsanəvi futbolçu “Real”ın heyətində 227 matçda 49 qol vurub. Bellinqem isə bu nəticəni 73 oyun daha az keçirməklə gerçəkləşdirib.
Qeyd edək ki, 2023-cü ilin yayında Dortmund “Borussiya”sından “Real”a transfer olunan Bellinqem Madrid təmsilçisinin heyətində məhsuldar çıxışını davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Noyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















