Icma.az
close
up
RU
Belqrad Müdafiə Universitetinin nümayəndələri xüsusi təyinatlı təhsil müəssisələrində

Belqrad Müdafiə Universitetinin nümayəndələri xüsusi təyinatlı təhsil müəssisələrində

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda səfərdə olan Serbiyanın Belqrad Müdafiə Universitetinin rektorunun beynəlxalq hərbi və universitetlərarası əməkdaşlıq üzrə müavini polkovnik Srdyan Lyuboyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, əvvəlcə MMU-da keçirilən görüşdə Universitet rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Azərbaycan və Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın artan xətlə davam etdiyini qeyd edən general-mayor A.Həsənov bu əlaqələrin qarşılıqlı təcrübə mübadiləsində də əks olunduğunu xüsusi vurğulayıb.Daha sonra nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Görüş əsnasında, həmçinin iki ölkə arasında hərbi təhsil sahəsində görülən işlərin cari vəziyyəti və perspektiv məsələləri müzakirə edilib.Görüş başa çatdıqdan sonra Serbiya Respublikasından olan nümayəndə heyəti Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edib. Burada qonaqlara Azərbaycanın qədim hərb tarixi, döyüş ənənələri, tariximizin müxtəlif dövrlərini özündə əks etdirən hərbi eksponatlar barədə məlumatlar verilib.Səfərin növbəti günündə Serbiya Respublikasının Belqrad Müdafiə Universitetinin ölkəmizdə olan nümayəndə heyəti Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olublar.Burada qonaqlar Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.Daha sonra qonaqlara İnstitutun və Liseyin tarixləri, əsas fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələri haqqında hazırlanmış brifinqlər təqdim olunub. Brifinqlər başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri