Ben Qurion hava limanı bu gün açıla bilər
Icma.az, Sia Az saytına istinadən bildirir.
İsrail İranla aralarında davam edən münaqişə şəraitində hava məkanının mərhələli və nəzarət altında bərpası barədə qərar qəbul edib. Bu, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla və hərbi qurumlarla razılaşdırılmaqla səmanın qismən açılmasını nəzərdə tutur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, “El-Al” aviaşirkəti bazar ertəsi Şimali Amerika, Avropa və Asiyada onlarla xilasetmə reysini həyata keçirməyə hazırlıq görüldüyünü bildirib. Məlumatda qeyd olunub ki, ordu səmanın açılmasına icazə verdikdən dərhal sonra bu reyslərin həyata keçirilməsi mümkün olacaq.
Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ İran ərazisinə hava zərbələri endirməyə başladığını bəyan edib. Buna cavab olaraq İran İsrail şəhərlərinə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Mart 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















