Evlilikdə “ilk uşaq” sindromu
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əksər müşahidələr boşanmaların ən çox ilk uşaqdan sonra baş verdiyini göstərir. Çünki ilk uşaqdan sonra evlilikdə müəyyən problemlər meydana çıxır. Qeyri-sabit və ya qeyri-müəyyən hərəkətlər tərəfləri hər gün yeni bir sual qarşısında qoyur. Halbuki, evliliyin bütün dövrlərində olduğu kimi bu dövr də böyük həssaslıq tələb edir.
Belə ki, əksər tərəflər evliliyin ilk illərində təcrübəsüz olduqları üçün ilk mərhələdə bir-birilərinə lazım olan diqqəti göstərə bilmirlər. Ancaq zaman keçdikcə tərəflər həyat yoldaşı funksiyasını mənimsədikləri üçün bu problemlər öz-özlüyünə aradan qalxır. İlk uşaq dünyaya gəldikdən sonra isə yeni təcrübəsiz bir dövr başlayır.
Həyat yoldaşı roluna yeni uyğunlaşmış tərəflər uşaqları dünyaya gəldikdən sonra analıq və ya atalıq rollarını da ifa etməyə başlayırlar. Bu isə özünü birbaşa büruzə verməsə də, tərəflərdə bəzi problemlərə səbəb olur. Belə ki, tərəflər ilk növbədə analıq və ya atalıq rolunu ifa etməyə çalışdıqları üçün həyat yoldaşı rolunu unudurlar. Nəticədə, bir-biriləri üçün ikinci plana keçən tərəflər xoşbəxt ailə kimi görünməyə çalışsalar da, bir qədər sonra münaqişələrlə qarşı-qarşıya qalırlar. Və gələcəkdə bu münaqişələr tərəfləri boşanmaya qədər aparıb çıxarır.
Buna görə də, nə olursa-olsun, tərəflər həyat yoldaşı olduqlarını unutmamalı, xüsusilə, yeni evlənmiş və ya uşaq gözləyən tərəflər həm özlərini, həm də həyat yoldaşlarını yeni körpə üçün hazırlamalıdırlar. Əks halda, problemlərdən xilas olmaq mümkün olmayacaq.
Aygün Vəliyeva
Baxış sayı:233
Bu xəbər 04 Aprel 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















