Icma.az
close
up
RU
Evlilikdə ünsiyyətsizlik nədir?

Evlilikdə ünsiyyətsizlik nədir?

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Evlilik zamanı yaşanan ən böyük problemlərdən biri də tərəflər arasındakı ünsiyyətsizlikdir. Çünki tərəflər əksər hallarda real hiss və düşüncələrini ifadə etmək əvəzinə “hirsli başla” hərəkət etməyi üstün tuturlar. Nəticədə, kiçik bir məsələ böyük bir mübahisəyə səbəb olur və “Sən heç vaxt məni başa düşmək istəmirsən” səviyyəsinə çatır. Ən təhlükəlisi isə belə hallarda qarşı tərəfi günahlandırmağa çalışırıq. Buna görə də, əsl hisslərimizi arxa planda “gizləyirik”. Beləliklə, istəsək də, istəməsək də ünsiyyət yollarını bağlayırıq.
Halbuki, evlilikdə ən əhəmiyyətli şey problemləri araşdırmaq və həll etməyə çalışmaqdır. Ancaq bunun üçün əvvəlcə insan özünü tanımalıdır. Özünü tanımağı bacaran insan düşdüyü vəziyyətdən çıxmağı da bacarır və nəticədə, problemlərinin daha asan həllini tapır.
Bəs evlilikdə ünsiyyətsizliyi necə aradan qaldırmaq olar? Və ya evlilikdə ünsiyyətin “qızıl qaydaları” hansılardır? Elə isə birlikdə tanış olaq:
- Hər şeydən əvvəl özünüzü tanıyın.
- Özünüzü dərk etdiyiniz kimi, hisslərinizi də dərk edin.  
- Bütün vəziyyətlərdə həyat yoldaşınızı anlamağa çalışın.
- İlk fursətdə qarşı tərəfi günahlandırmağa çalışmayın.  
- Artıq ailə qurduğunuzu və üzərinizə böyük məsuliyyət düşdüyünü qəbul edin.
- Unutmayın, hər kiçik problemə görə “Atamın evinə gedirəm” və ya “Pencəyimi götürüb çıxıram” demək məsələnin həlli deyil.
- Hadisələri qiymətləndirməyi bacarın.
- Nəyi, harada və necə deyəcəyinizin fərqinə varın.
- Həyat yoldaşınızın həssaslıqlarını həmişə diqqət mərkəzində saxlayın.
- Yeri gəldikdə, üzr istəyin və üzr istəməyi “qürur məsələsi” qəbul etməyin.
- Əgər siz üzr istəsəniz, qarşı tərəf də səhvini başa düşəcək və təbii olaraq, o da üzr istəyəcək.
- Problemlərinizin üst-üstə yığılıb qalmasına yol verməyin.
- Problemlərinizin ən qısa bir vaxtda həllinə çalışın.
- Keçmiş hadisələri lazım gəldi-gəlmədi üzə vurmayın.
- Ailə bağlarınızı qüvvətləndirməyə çalışın.
Aygün Vəliyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 İyun 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see421

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see306

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see298

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see295

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see294

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see293

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see292

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see288

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see286

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see272

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see260

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see256

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see252

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see250

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see250

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see249

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see249

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see248

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri