Icma.az
close
up
RU
Evlilikdə mübahisələrin 6 əsas səbəbi

Evlilikdə mübahisələrin 6 əsas səbəbi

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bütün münasibətlər unikal olsa da, onlardakı problemlər çox vaxt oxşardır. Mütəxəssislər isə bu problemlərin qarşısını necə almağın yollarından danışıblar.

Lent.az bu 6 əsas səbəbi sizə təqdim edir:

Hər bir münasibətdə münaqişələr yaşana bilər, amma elə mövzular var ki, onlar xüsusilə tez-tez narazılıqlara səbəb olur. Bəs mübahisələrin qarşısını necə almaq və kompromis tapmaq olar? Münaqişələrin əsas səbəblərini və onların həll yollarını araşdıraq. Münasibətlərdə ən çox rast gəlinən 6 mübahisə səbəbindən danışıb.

1. Maliyyə məsələləri
Xərclərə və yığıma fərqli yanaşmalar çox zaman gərginliyə səbəb olur. Biri qənaətcil, digəri isə impulsiv alış-verişə meyllidirsə, bu narazılıq doğurur.

Necə qarşısını almaq olar:
Pul məsələlərini problem yaranmazdan əvvəl açıq şəkildə müzakirə edin. Ailə büdcəsi tərtib edin, maliyyə prioritetlərini müəyyənləşdirin və qənaət ilə həyatın zövqünü çıxarma arasında balans qurmağa çalışın.

2. Ev işlərinin bölüşdürülməsi
Məişət vəzifələrinin ədalətsiz paylaşılması tez-tez iradlara səbəb olur. Ev işlərinin əsas hissəsi birinin üzərinə düşəndə, bu narahatlıq və qıcıq doğurur.

Nə etmək lazımdır:
Vəzifələri əvvəlcədən, hər kəsin məşğulluğunu və maraqlarını nəzərə alaraq bölüşdürün. Şərait dəyişəndə bu bölgünü yenidən nəzərdən keçirin ki, yük ədalətli qalsın.

3. Uşaqların tərbiyəsinə fərqli yanaşmalar
Tərbiyə üsulları tam fərqli ola bilər: biri sərtlik tərəfdarıdırsa, digəri azadlığı üstün tutur. Bu fikir ayrılıqları isə mübahisələrə, nəticədə uşaqlarda mənfi təsirlərə səbəb olur.

Həll yolu:
Tərbiyə prinsiplərini əvvəlcədən müzakirə edin və ortaq yanaşma tapın. Uşaq valideynlərinin qərarlarda birgə hərəkət etdiyini görməlidir, daimi münaqişəni yox.

4. Diqqət və yaxınlığın çatışmazlığı
Gündəlik işlər, stress və yorğunluq nəticəsində tərəfdaşlar arasında ünsiyyət formal xarakter alır və emosional bağ zəifləyir.

Necə düzəltmək olar:
Münasibətlərinizə qayğı göstərməyi təxirə salmayın. Hər gün qısa, amma səmimi söhbətlər, birgə gəzintilər və ya kiçik sürprizlər istiliyi qorumağa və yaxınlığı artırmağa kömək edər.

5. Qohumların müdaxiləsi
Valideynlər tərəfindən tez-tez verilən məsləhətlər, tənqid və qarışmalar ailədə daimi mübahisələrə səbəb ola bilər.

Nə etməli:
Qohumlarla ünsiyyətin sərhədlərini dəqiq müəyyənləşdirin. Bildirin ki, ailədə əsas söz sahibi sizsiniz və qərarları özünüz verirsiniz – başqalarının fikrinə görə yox.

6. Açıq deyilməyən gözləntilər
Bəzən tərəfdaşlar, qarşı tərəfin onların istək və ehtiyaclarını özü anlamasını gözləyirlər. Bu baş verməyəndə isə narazılıq və məyusluq yığılır.

Necə qarşısını almaq olar:
Gözləntilərinizi açıq şəkildə ifadə edin. Dürüst və açıq danışıq anlaşılmazlıqların qarşısını alır və münasibətlərdə harmoniya yaradır.

Yadda saxlamaq vacibdir: Xoşbəxt cütlüklər heç vaxt mübahisə etməyənlər deyil, münaqişədən çıxış yolu tapmağı bacaranlardır. Axı münasibətlərdə əsas məsələ – bir komanda olmaqdır.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see421

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see306

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see298

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see295

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see294

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see293

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see292

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see288

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see286

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see272

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see260

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see256

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see252

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see250

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see250

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see249

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see249

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see248

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri