Benqal körfəzində iki qayıq batdı KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Benqal körfəzində Myanmadan yola çıxan Rohinca qaçqınlarını daşıyan iki qayığın batması nəticəsində 500-dən çox insanın öldüyü ehtimal edilir.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı bu gün birgə bəyanat yayıb.
Bildirilib ki, qayıqlar iyunun sonlarında Myanmanın Raxin ştatından yola düşüb. Sərnişinlərin əksəriyyətini Rohinca müsəlmanları təşkil edib. Onların bir hissəsinin Banqladeşin Koks-Bazar qaçqın düşərgələrindən gəldiyi qeyd olunur.
İlkin məlumata görə, təxminən 250 nəfərin olduğu ilk qayıq yola düşdükdən qısa müddət sonra itkin düşüb. 280 nəfərə yaxın sərnişini daşıyan ikinci qayığın isə iyulun 8-də Myanmanın Ayeyarvadi sahilləri yaxınlığında batdığı ehtimal edilir.
BMT bölgədə axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsinə, həmçinin dəniz yolu ilə qaçmağa məcbur qalan rohincaların müdafiəsi üçün beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 İyul 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















