Benzema Mançester Yunayted ə təklif edildi
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand Kərim Benzemanın komandaya transfer edilməsini təklif edib.
Fanat.Az xəbər verir ki, məlumatı "TeamTalk" yayıb.
Bildirilir ki, Ferdinand hesab edir ki, İngiltərə təmsilçisinin hücum xəttində Benjamin Şeşkonun zədələnməsindən sonra təcrübəli mərkəz hücumçusuna ehtiyac var. O, bu mövqedə Kərim Benzema və Denni Uelbekin uyğun variantlar ola biləcəyini söyləyib.
"Şeşko olmadan hücumda əsas hədəf futbolçu yoxdur. Əgər komandada dəqiqələrini bölüşə, təcrübəsini paylaşa və Şeşkoya kömək edə biləcək bir hücumçu olsaydı, bu, böyük fayda verərdi”, - Ferdinand deyib.
38 yaşlı Benzema hazırda azad agentdir. Fransalı forvard "Əl-Hilal"dan ayrıldıqdan sonra klubsuz qalıb.
Qeyd edək ki, Benzema 2022-ci ildə "Qızıl top" mükafatını qazanıb və karyerasının böyük hissəsini "Real Madrid"də keçirib.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 Oktyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















