Benzia Lionla oyun haqda
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda sabah "Lion"la keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında bu barədə danışıb.
O, sabiq klubuna qarşı oyunu maraqla gözlədiyini söyləyib:
"Mənim üçün əvvəllər oynadığım "Lion"la görüş çox maraqlı olacaq. İndi isə "Qarabağ"da çıxış edirəm.
Əlbəttə ki, əvvəlki "Lion"la hazırkı komanda arasında çox böyük fərq var. O vaxt komanda yüksək performans göstərirdi. "Lion" indi də yüksək səviyəli komandadır. Bu, mənim üçün çox vacib oyundur".
Qeyd edək ki, noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















