Icma.az
close
up
RU
Berdayevin “Turan Tovuz”u da yarı yolda qoyacağını düşünməmək mümkündürmü? İdman və Biz

Berdayevin “Turan Tovuz”u da yarı yolda qoyacağını düşünməmək mümkündürmü? İdman və Biz

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kurban Berdıyevin “Turan”dan mümkün istefası ilə bağlı söz-söhbətlər 72 yaşlı məşqçinin əvvəlki klublarından necə və hansı səbəblərdən getməsini xatırlatmağı zəruri edir.

İdman.biz xəbər verir ki, “Rubin”də 12 ildən çox çəkən (2001-2013) uğurlu karyerasından sonra türkmən-rusiyalı mütəxəssisin çalışdığı klublardan gedişi problemli olub.

Berdayev 2016-cı ildə “Rostov”u tarixində ilk dəfə Rusiya çempionatının gümüş mükafatçısı edib Çempionlar Liqasına vəsiqə qazandırdıqdan sonra istefa vermiş və bunu klubun məşqçilərə, oyunçulara və komanda heyətinə olan maaş borcu ilə izah etmişdi. Həmçinin onun gedişinə səbəb kimi komandanın gücləndirilməsi ilə bağlı Rostov vilayətinin rəhbərliyi ilə fikir ayrılıqları və klubun sponsorlarından biri, iş adamı İvan Savvidi ilə münaqişəsi də göstərilmişdi.

“Rubin”ə ikinci qayıdışı cəmi iki il davam etmiş, 2019-cu ilin iyununda klubla müqaviləsi bitməmiş vəzifəsindən azad edilmişdi. İldə 3 milyon avro maaş alan məşqçinin komandasının nəticələri və göstərdiyi oyun klub rəhbərliyinin ürəyincə deyildi. Berdıyevlə "Rubin" iki mövsümdə Rusiya çempionatında əvvəlcə 10-cu, sonra da 11-ci yeri tutmuşdu.

Sonra məşqçi karyerasına iki il müddətinə fasilə vermiş, nəhayət, 2021-ci ilin avqustunda vaxtilə futbolçu kimi çıxış etdiyi və çalışdırdığı “Kayrat”a qayıtmışdı. Berdıyevin komandasının Konfrans Liqasının qrupunda hər iki oyunda “Qarabağ”a eyni – 1:2 hesabı ilə uduzması da yaxşı yadımızdadır.
2022-ci ilin mayında Almatı təmsilçisinin fan-klubu Berdıyevi komandaya hücum futbolu oynatdırmağa və ya istefaya getməyə çağırmışdı. Nəhayət, iyunda məşqçi müqaviləsinin müddətinin bitməsinə altı ay qalmış maliyyə problemləri yaşayan Qazaxıstan klubundan ayrılmışdı.

Elə həmin ay İran çempionatında çıxış edən “Traktor”da işə başlayan Berdıyev Təbriz klubunda cəmi 11 oyun tab gətirdi. Gözlənilmədən 2022-ci il noyabrında daha sərfəli təklif aldığı Rusiyaya qayıtmaq qərarına gəldi. Cənubi Azərbaycan təmsilçisinin azarkeşləri məşqçinin gözlənilməz gedişinə belə reaksiyalar vermişdilər:
“Məgər o, peşəkar məşqçi deyil? Klubumuz strategiya seçimini ona həvalə edib, futbolçular alıb. İndi isə o, gedir - ürəyimiz qırılıb. Bu, “Traktor” və onun hər gün stress keçirən azarkeşlərinə qarşı son dərəcə qeyri-peşəkar və sərt davranışdır”.
“İran çempionatında peşəkarlıq və inkişaf yoxdur. Öz planına uyğun qurduğun komandadan mövsümün qızğın vaxtında ayrılırsan. Müqavilələri elə tərtib etmək lazımdır ki, məşqçi 15 təklif olsa belə, getmək barədə düşünməsin”.
“Ona çatdırın ki, azarkeşlərimizə hörmət etmir, heç olmasa komandaya gətirilən əcnəbiləri özü ilə aparmasın”.

Həmin ilin sonunda iki il yarım müddətinə “Soçi”nin baş məşqçisi təyin olunan Berdıyev orada üç ay yarım qala bildi: 2023-cü ilin aprelindən klubdan getməli oldu. Ehtimala görə, məşqçi komanda ilə bundan artığını edə bilməyəcəyini anlayaraq “işgəncəni uzatmamaq” qərarına gəldi. Ayrılmanın başqa bir versiyası rəhbərliklə münaqişə idi. Belə ki, Berdıyevin komandasının göstərdiyi nəticələr və oyun tərzi klub rəhbərliyini qane etmirdi.

Berdayev 2023/24 mövsümünə Mahaçqala “Dinamo”sunda başlasa da, qış fasiləsində Birinci liqada lider olan klubu gözlənilmədən tərk etdi. Deyilənə görə, kluba yatırılan sərmayənin səviyyəsi qocaman məşqçini qane etmirdi. Belə ki, güclü futbolçularla müqavilə bağlamaq üçün kifayət qədər büdcə olmayıb. Başqa ehtimala görə, klub prezidenti, özü də böyük məşqçilik təcrübəsinə malik Hacı Hacıyevin vaxtaşırı məşq prosesinə müdaxiləsi Berdıyevin xoşuna gəlmirdi.
Hacıyev özü bununla bağlı belə demişdi: “Hansı ehtimallar var? Bəlkə Berdıyevə başqa səviyyədə komanda lazımdır. Bəlkə onun istədiyi oyunçuların hamısını dəvət edə bilməmişik. Amma bu, sadəcə bizim fərziyyələrdir”.
Həmçinin səbəb kimi Berdıyevin Azərbaycan millisində çalışmaqla bağlı daha sərfəli təklif aldığı bildirilsə də, o, ölkəmizə həmin söhbətin çıxdığı fevralda deyil, iyunda gəldi. Özü də milliyə deyil, “Turan Tovuz”a və 2+1 il müddətinə anlaşmaqla. Yeri gəlmişkən, o vaxt “Sportinfo” məlumat vermişdi ki, təcrübəli məşqçi ilk ilində 250 min dollar qazanacaq, sonrakı mövsümdəsə bu rəqəm daha 100 min dollar artırılacaq.

Bütün bu hadisələri nəzərə alaraq, Berdayevin “Turan Tovuz”u da yarı yolda qoyacağını düşünməmək mümkündürmü?

Rasim Mövsümzadə
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see168

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see155

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see137

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see134

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see132

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see131

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see130

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see128

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see122

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri