Icma.az
close
up
RU
Bərdədə respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Bərdədə respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarına başlayıb.

Bərdə rayonunda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Bərdə və ətraf rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Məmmədov bildirib ki, Azərbaycanda taxılçılığın inkişafına dövlət dəstəyi verilir, dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Bu il Bərdə rayonunda 13 min hektardan çox sahədə taxıl əkilib, hazırda məhsulun vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət həyata keçirilir.

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də dayanıqlı inkişaf edir. Nazir müavini ölkədə aqrar sahədə həyata keçirilən tədbirlər, taxıl biçininə hazırlıqla bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, hər il olduğu kimi, bu il də bölgələrdə taxıl biçini prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə operativ qərargah yaradılıb, qərargah tərəfindən biçin prosesində meydana çıxa biləcək çətinliklər əvvəlcədən təhlil edilərək, müvafiq fəaliyyət planı hazırlanıb. Respublika üzrə kütləvi taxıl biçini ərəfəsində bölgələrdə keçirilən məlumatlandırma sessiyaları məhsul yığımının optimal müddətdə, itkisiz başa çatdırılmasına xidmət edir.

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov vurğulayıb ki, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır. Bundan başqa, bu ilin mart ayından cari ildə taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlər keçirilib.

Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri