Icma.az
close
up
RU
Tovuzda respublikada taxıl biçininin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Tovuzda respublikada taxıl biçininin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyaları davam edir.

Tovuz rayonunda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri, Tovuz, Qazax, Ağstafa, Göygöl, Gədəbəy və Şəmkir rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin məsul şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi bu sahənin inkişafına mühüm təsir göstərir. Taxılçılığın kənd təsərrüfatının aparıcı sahələrindən biri olduğunu xatırladan Məmməd Məmmədov bu sahənin ərzaq təhlükəsizliyinin davamlı təmin olunmasında, o cümlədən heyvandarlığın yem bazasının təşkilində, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını deyib.

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev respublikada taxıl biçininin aktiv mərhələyə qədəm qoyduğunu, əksər rayonlarda aktiv biçin prosesinin getdiyini bildirib. Regional müşavirənin əhatə etdiyi rayonlarda ümumilikdə 31 133 hektar sahədə payızlıq taxıl əkildiyini bildirən AXA rəhbəri, biçinin mütəşəkkil şəkildə, itkisiz başa çatdırılması üçün Nazirlik tərəfindən tədbirlər planı hazırlandığını qeyd edib. Biçin prosesinin optimal müddətdə başa çatdırılması, növbəlilik prinsipinə əməl olunmasının vacibliyini vurğulayan AXA sədri yerli qurumları biçin prosesinin təşkilində meydana çıxa biləcək çətinlikləri aradan qaldırmaq üçün koordinasiyalı fəaliyyətə çağırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli taxılçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərdən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin görüldüyünü qeyd edib, bu dəstəyin məhsuldarlığın artmasına müsbət təsir göstərdiyini bildirib. Taxıl toxumçuluğunun təşkili sahəsində görülən işlərdən danışan şöbə müdiri bildirib ki, sertifikatlı toxumdan istifadə olunan və düzgün aqrotexniki qulluq göstərilən sahələrdə əldə olunan orta məhsuldarlıq respublika üzrə orta göstəricidən xeyli yüksəkdir. Seymur Səfərli fermerləri əkin materialı kimi sertifikatlı toxumdan istifadəyə çağıraraq, məhsulun yetişdirilməsi kimi, vaxtında və itkisiz yığılmasının da vacibliyini önə çəkib.

Müşavirədə çıxış edən yerli qurumların nümayəndələri biçin prosesinə hazırlıq dövrü, biçinin təşkilində meydana çıxa biləcək çətinliklərin aradan qaldırılması üçün görülmüş önləyici tədbirlər barədə məlumat veriblər. Qeyd olunub ki, hazırda bölgədə arpa sahələrində aktiv biçin gedir, məhsulun vaxtında və itkisiz yığılması istiqamətində təcili və təxirəsalınmaz fəaliyyət həyata keçirilir.

Müşavirədə tədbir iştirakçıları taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırılıb, biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri