Bərdədə son bir ayda polisin keçirdiyi tədbirlərlə 16 nəfər saxlanılıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, talama cinayətləri edən və üzərində qanunsuz silah-sursat saxlayan ümumilikdə 16 nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan XQ-yə bildirilib ki, narkotiklərlə əlaqəli saxlanılan 11 nəfərdən ümumilikdə 23 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən qeyd edilən dövr ərzində keçirilən tədbirlər zamanı Bərdə və ətraf rayonlardan mal-qara və digər əmlakları oğurlamaqda şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb. Qanunsuz odlu silah-sursatın aşkar edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində isə 1 nəfər saxlanılaraq istintaqa cəlb edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança və həmin silaha aid patronlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Avqust 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















