Icma.az
close
up
RU
Bərdədə vətəndaş bələdiyyədən narazıdır “Müraciətim cavabsız qalır...”

Bərdədə vətəndaş bələdiyyədən narazıdır “Müraciətim cavabsız qalır...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Bərdə rayonunun Hacallı kənd sakini Ramiz Ələkbərov “AzPolitika”ya müraciət edərək ailəsinin ağır sosial-maddi durumda olduğunu bildirib. Onun sözlərinə görə, özü üç dəfə ciddi cərrahiyyə əməliyyatı keçirib və hazırda həkim nəzarətindədir.

Şikayətçi qeyd edib ki, ailəsinin vəziyyətini nəzərə alaraq 24 may 2025-ci il tarixli, SS875914202AZ saylı məktubla Bərdə rayon Xəsili Bələdiyyəsinin sədri Rəfayıl Bəylərova müraciət edib. O, bələdiyyənin ehtiyat fondundan əkib-becərmək üçün 2 hektar torpaq sahəsinin ayrılaraq xüsusi mülkiyyətinə verilməsinə köməklik göstərilməsini xahiş edib.

Ramiz Ələkbərov deyib ki, 30 may 2025-ci il tarixli cavab məktubunda Bərdə rayon Xəsili Bələdiyyəsi onun ərizəsinə baxıldığını bildirib. Qeyd olunub ki, həmin gün keçirilən iclasda qərar qəbul edilərək, vətəndaşın müraciətində göstərilən torpaq sahəsinə dair sənədlərin hazırlanması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət edilib.

Onun sözlərinə görə, daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elşad Məmmədovun 5 sentyabr 2025-ci il tarixli cavab məktubunda məsələyə baxıldığı bildirilib. Məktubda qeyd olunub ki, daşınmaz əmlakla bağlı məlumatlar yalnız hüquqi sahibinə və ya qanuni nümayəndəsinə, habelə müvafiq xidmət haqqı ödənildiyi halda təqdim edilə bilər.

“Mənə bildirilib ki, məsələ ilə bağlı yenidən Bərdə rayon Xəsili Bələdiyyəsinə müraciət etməyim məqsədəuyğundur”, – deyə Ramiz Ələkbərov vurğulayıb.

O, həmçinin bildirib ki, bələdiyyə rəhbərliyi torpaq sahəsinin ona ayrılmasında maraqlı görünmür.

Ramiz Ələkbərovun sözlərinə görə, Hacallı kəndində hələ də bələdiyyə torpaqlarının gizli şəkildə pay torpağı kimi istifadəsi ehtimalı qalır.

“Bələdiyyələrin statusu haqqında qanunun tələblərinə baxmayaraq, sosial-maddi cəhətdən ağır durumda olan ailəmizə heç bir köməklik edilmir. Mən və azyaşlı övladım ağır xəstəlikdən əziyyət çəkdiyimiz halda bələdiyyənin biganə münasibəti vəziyyətimizi daha da çətinləşdirir”, – deyə o müraciətində qeyd edib.

Ramiz Ələkbərov müraciətinin ictimailəşdirilməsini və məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.

Şikayətdə qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

Rasim
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri