Icma.az
close
up
RU
Berdiməhəmmədovun Azərbaycana səfərinin əsl səbəbi...

Berdiməhəmmədovun Azərbaycana səfərinin əsl səbəbi...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyulun 16-da Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşü xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov olsa da, ölkənin əsas siyasi fiquru dövlət başçısının atası Qurbanqulu Berdiməhəmmədovdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Türkmənistan illərdir neytral xarici siyasətə üstünlük verir və bloklara qoşulmur:

“Türkmənistan türkdilli dövlət olmasına baxmayaraq, Türk Dövlətləri Təşkilatının üzvü deyil. Türkmənistan Türk Dövlətləri Təşkilatının toplantılarına müşahidəçi statusunda qatılır. Halbuki, Türkiyə və Azərbaycan Türkmənistanın təşkilata üzv olmasını istəyir. Türkiyə və Avropa Birliyi Türkmənistan qazının Azərbaycan üzərindən Avropa ölkələrinə nəql edilməsini də istəyir. Ancaq bunun üçün Xəzər dənizinin dibi ilə boru xətti tikilməlidir. Azərbaycan Türkmənistan qazının Avropaya nəqlinə dəstək verməyə hazırdır. Ancaq Azərbaycan Xəzər dənizinin dibi ilə boru xəttinin tikintisinin təşəbbüskarı kimi çıxış etmək fikrində deyil. Azərbaycanın mövqeyi belədir ki, həmin boru xəttinin tikintisini Türkmənistan və Avropa Birliyi həyata keçirməlidir.

1990-cı illərdə Türkmənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik var idi. Türkmənistan Azərbaycanın Xəzər dənizindəki “Kəpəz” yatağına iddia edirdi. Türkmənistan həmin yatağı “Sərdar” adlandırırdı. 2021-ci il yanvarın 21-də Aşqabadda iki dövlət arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında memorandum imzalandı və bununla mübahisəyə son qoyuldu. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırıldı.

Buna baxmayaraq, həmin yataqda birgə fəaliyyətə hələ başlanılmayıb. Qurbanqulu Berdiməhəmmədovun Bakıda İlham Əliyevlə bu məsələni müzakirə edəcəyi mümkündür. Qurbanqulu Berdiməhəmmədov Bakıdan sonra Qarabağa gedəcək. Bu da Azərbaycan üçün əhəmiyyətlidir. Ümumiyyətlə müxtəlif dövlət liderlərinin işğaldan azad olunan Qarabağ bölgəsinə səfərləri Azərbaycanla əməkdaşlığa verilən qiymətdir. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ardınca, Türkmənistanın da Qarabağ və ya Şərqi Zəngəzurda məktəb və ya mədəniyyət mərkəzinin inşaatına qərar verməsi ümumi işin xeyrinə olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri