Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Berlin, 23 sentyabr, AZƏRTAC
Berlin 2036-cı, 2040-cı və ya 2044-cü illərdə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməklə bağlı namizədliyini geri götürmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Berlin və Brandenburqun ictimai yayım qurumu “rbb” məlumat yayıb.
Bildirildiyinə görə, qərar Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) sentyabrın 26-da keçiriləcək səsverməsindən əvvəl rəsmiləşdiriləcək.
Berlin namizədliyini Brandenburq, Saksoniya və Meklenburq-Ön Pomeraniya ilə birlikdə irəli sürmüşdü. DOSB-nin qiymətləndirməsindən sonra paytaxtın namizədliyi sonuncu pillədə qərarlaşıb. Bundan başqa, Berlində sentyabrın 20-də keçirilən seçkilərdə qalib gələn Sol Partiyanın namizədi Elif Eralp payyaxtda Olimpiya Oyunlarının keçirilməsinə qarşı çıxıb.
Beləliklə, Almaniyanın namizədliyi uğrunda mübarizədə hazırda təkcə Münxen və Köln-Reyn-Rur qalır. DOSB-nin yekun qərarının sentyabrın 26-da Baden-Badendə qəbul ediləcəyi gözlənilir. 2036-cı il Olimpiya və Paralimpiya Oyunlarının ev sahibi ölkənin 2029-cu ilin ortalarında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 23 Sentyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















