Icma.az
close
up
RU
Berlin və dörd əyalət Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün birgə namizədliyini təqdim edib

Berlin və dörd əyalət Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün birgə namizədliyini təqdim edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 27 may, AZƏRTAC

Berlin və Almaniyanın dörd əyaləti - Brandenburq, Meklenburq-Ön Pomeraniya, Şlezviq-Holştayn və Saksoniya birlikdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini rəsmən irəli sürüb.

AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, “Berlin+” adlanan konsepsiya Berlin Olimpiya Stadionunda keçirilən təqdimat mərasimində ictimaiyyətə açıqlanıb.

Berlin hökumətinin başçısı Kay Veqner bu təşəbbüsü idman, şəhər və bütövlükdə Almaniya üçün böyük şans kimi qiymətləndirib. O deyib ki, Olimpiya Oyunları cəmiyyətin həmrəyliyini gücləndirə və regiona ciddi investisiya axınına səbəb ola bilər.

Konsepsiyaya əsasən çimərlik voleybolu, marafon qaçışı, dırmanma, skeytbord və bir sıra digər yarışların Berlinin simvolik məkanlarında, o cümlədən – Brandenburq qapısı yaxınlığında, “Muzeylər adası” ərazisində keçirilməsi planlaşdırılır. Olimpiya kəndinin irimiqyaslı sərgilərin keçirildiyi “Berlin Messe” ərazisində yaradılması nəzərdə tutulur. Digər yarışların isə dörd əyalətdə təşkili planlaşdırılır.

Berlində bu təşəbbüsə qarşı çıxanlar da var. “NOlympia Berlin” təşəbbüs qrupu Olimpiadanın keçirilməsinə qarşı çıxır və bununla bağlı xalq təşəbbüsü elan etməyi planlaşdırır. Yaşıllar Partiyası isə layihənin maliyyə əsaslarının qeyri-real olduğunu iddia edib.

Qeyd edək ki, əvvəllər bir neçə dəfə Almaniyanın Olimpiya Oyunlarına namizədlik cəhdləri əhalinin istəksizliyi ucbatından uğursuzluğa düçar olub. Sonuncu dəfə 2015-ci ildə Hamburq sakinləri şəhərin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyinə “yox” deyiblər. Berlin isə 1991-ci ildə 2000-ci il Oyunlarına namizəd olmuşdu, lakin Beynəlxalq Olimpiya Komitəsinin son siyahısına daxil edilməmişdi. Almaniyada sonuncu dəfə Yay Olimpiya Oyunları 1972-ci ildə Münxendə baş tutub. Həmin Olimpiada israilli idmançılara qarşı terror aktının törədilməsi ilə yadda qalıb.

Hələlik Almaniyanın hansı il üçün namizəd olacağı bəlli deyil. Almaniya Olimpiya İdman Federasiyası (DOSB) 2036-cı, 2040-cı və ya 2044-cü ildəki olimpiadalara namizədliyi nəzərdən keçirir. Namizədlər bu həftənin sonuna qədər konsepsiyalarını təqdim etməlidirlər. Qalib barədə qərarın 2026-cı ilin payızında veriləcəyi gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri