Berlin Trampa cavab verdi: Bizə sənin məsləhətlərin lazım deyil
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl (SDP) ABŞ Prezidenti Donald Trampın tənqidləri fonunda federal kantsler Fridrix Mertsi dəstəkləyib və bəyan edib ki, Berlinin ABŞ liderinin "məsləhətlərinə qətiyyən ehtiyacı yoxdur".
Redaktor.az xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.
Siyasətçi, həmçinin Ağ Ev rəhbərini Yaxın Şərqdə xaos yaratmaqda ittiham edib. Onun sözlərinə görə, Tramp Birləşmiş Ştatlar və İran arasında ciddi sülh danışıqlarının aparılmasını təmin etməlidir.
Bununla yanaşı, Klinqbayl Amerika prezidentinin İslam Respublikasına qarşı strategiyasını tənqid edib.
"Düşünürəm ki, o, həqiqətən də bunun iki-üç günlük iş olduğunu və hər şeyin qaydasına düşəcəyini zənn edirdi", — deyə o bildirib.
Vitse-kansler hesab edir ki, indi Tramp "İrandakı bu müharibənin tezliklə başa çatması üçün məsuliyyət daşıyır". Onun fikrincə, ABŞ lideri ilk növbədə "öz müharibəsi səbəbindən yaranan xərclərin bizim muzdlu işçilərin, istehlakçıların və iqtisadiyyatın çiyinlərinə düşməyəcəyinə zəmanət verməlidir".
Xatırladaq ki, bir gün əvvəl Tramp Mertsin ABŞ-İsrailin İranla müharibəsi ilə bağlı aralarında baş tutan mübahisədə heç bir arqument tapa bilmədiyini demişdi. Bundan əlavə, o, kantslerin "dəhşətli işlədiyini" qeyd etmişdi.
Xədicə BAXIŞLI
Baxış sayı:112
Bu xəbər 01 May 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















