Icma.az
close
up
RU
Berlində Azərbaycan caz musiqisi təqdim olunub

Berlində Azərbaycan caz musiqisi təqdim olunub

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış caz musiqiçisi İsfar Sarabskinin rəhbərlik etdiyi kvartetin ifasında “Şimalda Xəzər küləyi: Azərbaycan cazı Berlində" adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, Bundestaq üzvləri, xarici ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda caz musiqisinin inkişafı barədə məlumat verib. Qeyd olunub ki, caz muğamı kimi tanınan Azərbaycan cazı 1950-ci illərdə Bakıda - əsrlər boyu müxtəlif mədəniyyətlərin və adət-ənənələrin görüş yeri olmuş şəhərdə yaranmış füsunkar üslubdur. Bu musiqi cazın improvizasiya azadlığını muğamın emosional sədaları ilə birləşdirir. Bu unikal vəhdət yenilik və ənənəni ustalıqla birləşdirən musiqi dili yaradır.

Xüsusi vurğulanıb ki, İsfar Sarabski bu ənənəni uğurla davam etdirir və özünəməxsus üslubu ilə ona yeni çalarlar qazandırır. Onun musiqisi təkcə keçmişə hörmət deyil, həm də yaradıcılıq və yeni səslərlə dolu gələcəyə cəsarətli baxışdır.

İsfar Sarabski muğamın mürəkkəb sədalarını cazın sonsuz imkanları ilə toxuyur, eyni zamanda valehedici və ruhlandırıcı unikal səs mənzərəsi yaradır.

Sonra İsfar Sarabskinin kvarteti maraqlı konsert proqramı ilə çıxış edərək, rəngarəng əsərlər ifa edib. Kvartetin üzvlərinin - Bəhruz Zeynalın tarda, Makar Novikovun kontrabasda, Aleksandr Maşinin barabanda rəngarəng ifaları tamaşaçılara xoş ovqat yaşadıb, ayaqüstü alqışlarla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Noyabr 2024 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri