Berlində iki bombanın tapılması ilə əlaqədar 20 mindən çox sakin təxliyə olunub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Berlin, 19 sentyabr, AZƏRTAC
Almaniyanın Berlin şəhərinin Mitte və Şpandau rayonlarında inşaat işləri zamanı İkinci Dünya müharibəsindən qalmış iki bombanın aşkarlanması ilə əlaqədar ümumilikdə 20 mindən çox sakin təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Berlin polisi Mitte rayonu ərazisində Şpre çayında aparılan tikinti işləri zamanı aşkarlanan bombanın səhər saatlarında dalğıclar tərəfindən yoxlanıldığını və təhlükəsiz hesab edildiyini açıqlayıb. Sudan çıxarılan mərmi xüsusi qaydada utilizasiya olunacaq.
Hadisə ilə əlaqədar Şpre çayında gəmilərin hərəkəti dayandırılıb, ərazidəki 10 minə yaxın sakin təxliyə edilib. Şpandau rayonunda isə 100 kiloqramlıq bombanın tapılması ilə əlaqədar səhər saatlarından ərazidə təhlükəsizlik tədbirləri görülüb, 12 min 400 sakinin təxliyəsi həyata keçirilib.
Vəziyyətlə əlaqədar bəzi küçələr bağlanıb, həmçinin metro xətlərindən birində hərəkət müvəqqəti dayandırılıb.
Qeyd edək ki, 2021-ci ildə Berlinin Gesundbrunnen, 2023-cü ildə isə Marzan rayonlarında müvafiq olaraq 250 və 500 kiloqramlıq bombaların aşkarlanması ilə əlaqədar minlərlə sakin təxliyə edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















