Icma.az
close
up
RU
Berlində Nərmin Nəcəflinin solo konserti “Narın içində not” REPORTAJ

Berlində Nərmin Nəcəflinin solo konserti “Narın içində not” REPORTAJ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 17 noyabr, AZƏRTAC

Almaniyada yaşayan azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin Berlində “Narın içində not” adlı solo konserti keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil edilən və milli musiqimizin Avropada təbliği məqsədi daşıyan konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın Almaniyadakı səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, diaspor nümayəndələri və yerli musiqisevərlər iştirak ediblər.

Nərmin Nəcəfli gecədə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli, Adil Bəbirov, həmçinin Frederik Şopen və Frans List kimi dünyaşöhrətli Avropa bəstəkarlarının məşhur əsərlərini səsləndirib. Konsertdə Üzeyir Hacıbəylinin “Sevgili canan”ı zərif lirizmi ilə iştirakçıları duyğulandırıb, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən olan “Səyahət” əsəri isə dinamizmi ilə auditoriyanın zövqünü oxşayıb. Tofiq Quliyevin “Lirik Vals”ı romantik nəfəsi ilə salonda yumşaq harmoniya yaradıb, Vaqif Mustafazadənin “Düşüncə”si isə improvizasiya zənginliyi ilə dinləyicilərə dərin emosional anlar yaşadıb.

Bu əsərlər sanki müxtəlif rənglərdən ibarət musiqi mozaikası kimi səslənməklə auditoriyanın ruhuna toxunub, konsert zalında unudulmaz atmosfer yaradıb. Məhz buna görə də gənc pianoçunun peşəkar ifası tamaşaçılar tərəfindən dəfələrlə gurultulu alqışlarla qarşılanıb.

Tamaşaçılar, eləcə də gecədə iştirak qatılan yerli ictimaiyyətin nümayəndələri konsertin onlarda unudulmaz təəssürat oyatdığını vurğulayıblar.

Konsertlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən almaniyalı gənc musiqiçi Rixard Liebert deyib: “Bugünkü konsert mənim üçün çox ilhamverici oldu. Bir çox yeni əsərlər dinlədim. Sözün düzü, Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış deyildim. Bu konsert məni daha çox araşdırmağa və özüm üçün yeni əsərlər kəşf etməyə həvəsləndirdi. İfaçının tərzi o qədər qeyri-adi və təsirli idi ki, insanın ruhuna toxunurdu. Həqiqətən inanılmaz dərəcədə gözəl idi”.

Konsertin proqramının böyük hissəsinin Azərbaycanın klassik musiqi əsərlərinin təşkil etdiyini vurğulayan R.Liebert bildirib: “Bu, mənə xüsusilə xoş təsir bağışladı. Elə əsərlər vardı ki, onları əvvəllər bir dəfə eşitmişdim, buna baxmayaraq, yenidən böyük maraqla dinlədim. Özümü tamamilə musiqinin içində hiss etdim və o sanki məni özü ilə apardı və ilhamlandırdı”.

Konserti izləyən Sara və Mel də Nərmin Nəcəflinin ifasına heyranlıqlarını bildiriblər. Sara öz fikirlərini bu cür ifadə edib: “Biz tamamilə heyran qaldıq, o, inanılmaz dərəcədə istedadlı gənc xanımdır. Buraya bir dostumuz vasitəsilə gəlmişik və Nərmini tanımırdıq. Amma onun ifası elə təsir etdi ki, bizi özünə çəkdi və dərindən təsir etdi. Bu axşam evə xoş əhval-ruhiyyə ilə qayıdacağıq və bu konserti yenidən gözləyəcəyik”.

Mel isə konsert barədə fikirlərini belə bölüşüb: “Deməliyəm ki, çox xoş təəssürat oyatdı. Özüm də bir vaxtlar piano çalmağa cəhd etmişəm və bunun nə qədər çətin olduğunu bilirəm. Nərmin dedi ki, dörd yaşından piano çalır. Mən deyərdim ki, o, qeyri-adi istedada malikdir. Buradakı performansı həqiqətən çox təsirli idi”.

Nərmin Nəcəfli media nümayəndələrinə açıqlamasında konsertə uzun müddət hazırlaşdığını vurğulayaraq söyləyib: “Uzun müddət idi ki, Berlində solo konsert vermək arzusunda idim. Konsertin adını da xeyli vaxtdır düşünmüşdüm: “Narın içində not”. Nar Azərbaycanın əsas rəmzlərindən biridir. Bu, mənim adımla da müəyyən mənada bənzərlik təşkil edir. Mən bu konsertin noyabrda keçirilməsinə çalışırdım. Çünki noyabrın 8-də Vətən müharibəsində Qələbəmizin beşinci ildönümünü qeyd etdik. Bu il dahi bəstəkarımız Üzeyir Hacıbəylinin də 140 illik yubileyi qeyd olunur. Ona görə də konsertin proqramında Azərbaycan bəstəkarlarının – Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Adil Bəbirovun əsərlərinə üstünlük verdim. Çox şadam ki, konsert uğurlu oldu. Konsertin uğurla reallaşdırılması üçün göstərdiyi dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fonduna dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Nərmin Nəcəfli 8 yaşından etibarən milli musiqi irsimizi xaricdə uğurla təmsil edir. O, indiyədək ABŞ, Almaniya, Belçika, İngiltərə, İtaliya, Fransa, Polşa, İsveçrə, Hollandiya, Estoniya, Litva, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq müsabiqə, festival və konsertlərdə böyük uğurla çıxış edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri