Icma.az
close
up
RU
Bərpaolunan enerji qaynağı: külək

Bərpaolunan enerji qaynağı: külək

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Tükənməz və bərpa oluna bilən enerji qaynaqlarından biri olan külək enerjisi bu gün bir çox ölkədə təcrübədən keçirilən və effektiv nəticələr əldə edilən qaynaqdır. Küləkdən enerji əldə etmək bərpa olunan enerji mənbəsi olmaqla yanaşı ətraf mühitin zərər görməməsi üçün də effektiv üsuldur. Bu üsulla atmosferdə isti və soyuq havanın mübadiləsi nəticəsində yaranan küləyin kinetik enerjisi əvvəlcə mexaniki, sonra isə elektrik enerjisinə çevrilir.

Küləkdən əldə edilən enerji gündəlik həyatımızın bir çox sahəsində işimizə yarayar – parkların, xiyabanların, küçələrin, prospektlərin işıqlandırılması, dövlət qurumları və təşkilatların, sənaye və ya xidmət sektorundakı müəssisələrin enerji təminatında, parklardakı, bağlardakı suvarma sistemlərinin, fərdi evlərin elektriklə təchizatında böyük paya sahib olar. Yəni, külək enerjisindən enerjiyə ehtiyacı duyulan hər sahədə istifadə edilə bilər. Bu həm ekoloji cəhətdən təmiz variantdır, həm də xərcləri minimuma endirdiyi üçün büdcəyə qənaətdir.

Günəşin isti şüaları dünyanın bəzi hissələrini istilikdən yandırsa da, digərlərinə uzun müddət çatmır. Bu, bütün atmosferdə isti və soyuq havada fərqlər yaradır. Hava isindikcə onun təzyiqi azalır və yer səthindən yuxarı qalxır, soyuq hava isə yüksək təzyiqə malik olduğu üçün cazibə qüvvəsinin təsiri ilə həmişə səthə yaxınlaşmağa meyllidir. İsti və soyuq havanın dairəvi mübadiləsi nəticəsində güclü cərəyan yaranır. Bu, küləkdir.

Havanın yüksək təzyiq bölgəsindən aşağı təzyiq bölgəsinə yerdəyişməsi nəticəsində yaranan küləyin əsasını temperatur fərqi təşkil edir. Küləyin sürəti təzyiq fərqinə görə dəyişir. Fırlanma oxundan asılı olaraq küləyin kinetik enerjisindən istifadə edərək elektrik enerjisi istehsal edən turbinlər maili ox, üfüqi ox, şaquli ox kimi təsnif edilir. Gecə saatlarında temperatur azalır, soyuyan hava növbəti günün sübhündə isinməyə başlayır. Yerdəyişmə başlayır, atmosferdəki soyuq hava yerə enir, külək əmələ gəlir. Külək turbin qanadlarını döndərməyə başladığı üçün kinetik enerji generatorun köməyi ilə əvvəlcə mexaniki enerjiyə, sonra isə elektrik enerjisinə çevrilir.

Tarixi mənbələrə görə, küləkdən istifadə ideyasının eramızdan əvvəl 4000-ci ildə insanın suyun üzmə qabiliyyətini kəşf etdiyi zaman yarandığı güman edilir. Məlumdur ki, misirlilər sal, avarlı qayıq və qayıq kimi su nəqliyyat vasitələrini icad etdikdən sonra sürəti artırmaq üçün zamanla bu nəqliyyat vasitələrinə yelkən adlanan qurğular əlavə ediblər. Fırlanan qurğuların (turbinlərin) köməyi ilə küləkdən fasiləsiz güc əldə etmək - bir çox ixtiralar kimi - qismən təsadüf, qismən də maraq nəticəsində olub.

Külək enerjisindən ilk dəfə eramızdan əvvəl 1000-00-ci illər arasında Çin, Fars və ya Yunanlar tərəfindən quruda istifadə edildiyinə dair tarixi qaynaqlarda müxtəlif qeydlər var. İlk nümunələri eramızdan əvvəl 900-cü ilə aid edilən şaquli külək turbinlərindən o dövrdə su vurmaq və taxıl üyütmək üçün istifadə olunub. Sonrakı əsrlərdə böyük yel dəyirmanlarına çevrilən sadə mexanizmlərin nəticədə bugünkü müasir elektrik stansiyalarına çevrilməsi, əlbəttə ki, bir çox ixtiraların inkişaf prosesi kimi - 19-cu əsrə qədər gözləməli oldu. Beləliklə, texnologiyada demək olar ki, hər şey kimi, müasir külək turbinlərinin ixtirası İkinci Sənaye İnqilabı dövrünə təsadüf edir.

Külək enerjisindən elektrik enerjisinin alınması ilə bağlı ilk araşdırmalar Danimarkalı fizik Poul La Kur tərəfindən aparılıb. Kur həm də bu sahədəki inqilabi fəaliyyətinə görə müasir aerodinamikanın qabaqcıllarından hesab olunur. Kur 1891-ci ildə külək turbininin qurulması üçün ilk cəhdini etdi və dörd il sonra, 1895-ci ildə o, həm də mexaniki enerjini elektrik enerjisinə çevirən külək turbininin ilk prototipini hazırladı. Lakin onun ixtirası hökumət tərəfindən dəstəklənmədiyi üçün sonrakı illərdə işini əsasən kağız üzərində davam etdirib. Poul La Kur tərəfindən hazırlanmış ilk beş və dörd qanadlı külək turbin modellərindən sonra bu sahədə araşdırmalar alman fiziki Albert Betz və aviasiya mühəndisi Ulrich Hütter ilə daha da dərinləşdi.

Daha az qanadlı və daha incə quruluşlu külək turbinlərinin səmərəlilik baxımından daha güclü bir seçim olduğunu iddia edən Kur tezisi, 1980-ci illərdə iki qanadlı külək turbin modellərinin də ideya qaynağı oldu. Bununla belə, üstünlük bu gün geniş ərazilərdə tez-tez rastlaşdığımız üç qanadlı turbinlərə verilir. Səbəb, ağırlığı bərabər paylamaq və fırlanma anını azaltmaqla enerji səmərəliliyini artırmaq idi. Bu səbəblə üç qanadlı dizaynlar ən ideal quruluşa sahib hesab edilir.

Külək turbinləri şaquli oriyentasiyaya görə daha az yer tutur. Yaşayış mühitinin qorunması baxımından da daha çox üstünlük verilən alternativdir. Hətta əkinçilik sahələri olan ərazilərdə də yerləşdirilə bilər. Bundan əlavə, o, hətta məskunlaşma üçün yararsız olan yamacları, dağları təmiz enerji istehsalı üçün yararlı sahələrə çevirməyə imkan verir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2021-ci il sonu rəqəmlərinə görə ümumi meqavat (MVt) quraşdırılmış külək enerjisi gücünə görə dünyanın aparıcı ölkələri Çin, ABŞ və Almaniyadır. Bu ölkələri müvafiq olaraq Hindistan, İspaniya, Böyük Britaniya, Braziliya, Fransa, Kanada və İsveç izləyir.

Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatında qeyd edilirdi ki, Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir. Hesabatda deyilirdi ki, ölkəmizin, təxminən, 157 qiqavatt külək enerjisi potensialı var və hökumət 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı planlaşdırır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see310

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see282

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see269

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see266

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see218

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see212

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see192

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see190

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see188

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see188

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see187

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see186

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see184

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see182

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see180

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see178

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see177

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see177

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see175

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri