Beş Aİ ölkəsi Ruanda ilə miqrantların yerləşdirilməsi üçün razılığa gəlib
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Razılaşma noyabrın ortalarında Vyanada keçiriləcək miqrasiya konfransının kənarında elan edilə bilər
Beş Avropa İttifaqı ölkəsi (Aİ) - Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Hollandiya - Ruanda ilə Aİ daxilində sığınacaq verilməsindən imtina edilmiş və deportasiya olunmuş şəxslərin yerləşdirilməsi üçün mərkəz yaratmaq barədə razılığa gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, razılaşma noyabrın ortalarında Vyanada keçiriləcək miqrasiya konfransının kənarında elan edilə bilər.
Nəşrin mənbələrindən biri qeyd edib ki, büdcə məhdudiyyətləri səbəbindən Aİ ölkələri "mövcud infrastrukturdan", ehtimal ki, sonradan tərk edilmiş “Britaniya 2022 proqramı” üçün tikilmiş obyektlərdən istifadə etməyi düşünürlər.
Mənbə izah edib ki, "Heç kim bu mövzunun vacibliyini şübhə altına almır, lakin resurslar məhduddur. Yeni obyektlərin tikilməsi mümkün deyil".
Başqa bir mənbə Britaniya vəsaiti ilə tikilmiş infrastrukturun istifadəsinin mümkün olduğunu təsdiqləyib və üçüncü mənbə əlavə edib ki, Avropa tərəfi əvvəlcə Böyük Britaniya üçün tikilmiş kompleksi ciddi şəkildə nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Oktyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















