Icma.az
close
up
RU
“Beş dronun eyni istiqamətə yönləndirilməsi təsadüfi deyil” Azər Allahverənov

“Beş dronun eyni istiqamətə yönləndirilməsi təsadüfi deyil” Azər Allahverənov

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"İranın Naxçıvana dron zərbəsi endirməsi istənilən halda birmənalı şəkildə pislənilən bir hadisə kimi dəyərləndirilir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.

"Bu gün məlumdur ki, İran qonşu ölkələrlə münasibətdə, xüsusilə son 2-3 gündə baş verən amansız, qarşılıqlı raket hücumları fonunda hər zaman bildirir ki, mənim üçün potensial təhlükə olan ölkələrdə ABŞ-yə məxsus hərbi bazalar varsa, onlar mənim legitim hədəflərimdir. Baxmayaraq ki, həmin hərbi bazalar faktiki olaraq həmin ölkələrin ərazisində fəaliyyət göstərir, İran üçün onlar sırf legitim hədəf kimi qiymətləndirilir.

Belə bəyanatlar fonunda başa düşmək çətindir ki, bu zərbə hansı səbəblərdən endirilib. Çünki Azərbaycanın ərazisində hərbi baza yoxdur və Azərbaycanın ərazisi heç bir zaman İrana qarşı potensial təhlükə yaratmayıb. Xüsusilə də əgər söhbət Naxçıvan Beynəlxalq Hava Limanından gedirsə, bu mülki bir obyektdir və hal-hazırda İsrail-İran müharibəsi fonunda əcnəbilərin tez bir zamanda təyinat ünvanına çatdırılması məqsədilə fəaliyyət göstərən bir strukturdur. Bu obyektin mülki obyekt olaraq hədəf alınması kifayət qədər çox sual doğurur. Bunu cavablandırmaq isə olduqca çətindir", - o dedi.

Millət vəkili əlavə etdi ki, İrandan təkzib gələ bilər, amma bu bir dron deyil ki, təsadüf nəticəsində baş versin:

"Beş dronun eyni istiqamətdə yönləndirilməsi məqsədyönlü hərbi tapşırığın yerinə yetirildiyini göstərir. Əgər dronlar daha böyük partlayıcı silahlarla təmin olunsaydı, faciənin miqyası böyük olardı. Azərbaycan ərazisinin hədəf seçilməsinin səbəbləri barədə Azərbaycanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin bəyanatları qarşı tərəfi, yəni İranı açıqlama verməyə məcbur edir. Digər tərəfdən, bir  gün əvvəl Türkiyə ərazisinə raket zərbəsi endirilməsi barədə məlumatlar da var idi ki, türk hava hücumundan müdafiə sistemləri onu zərərsizləşdirmişdi. Bu da İran tərəfindən təkzib edilmişdi. Bu hadisələr təsadüfi deyil. Burada hərbi məqsədlər üçün istifadə olunan dronlardan söhbət gedir. Onlara koordinatların verilməsi, idarə edən qüvvələr və digər məsələlər hərbi reqlament çərçivəsində həyata keçirilir. Bu baxımdan hadisə təsadüfi sayıla bilməz".

Müsahibimizin sözlərinə görə, Azərbaycan tərəfi isə belə hadisələr fonunda müəyyən mesaj verir.

"Azərbaycan heç vaxt İran üçün təhlükə yaratmayıb. Əksinə, zamanında İran tərəfindən səslənən qərəzli bəyanatların qurbanı olub. Azərbaycanın qonşularla münasibətləri mehriban qonşuluq və humanizm prinsiplərinə əsaslanır. Belə vəziyyətdə maraqlıdır: nədən müəyyən dairələr Azərbaycanın neytral vəziyyətdə qalmasını həzm edə bilmir və onu müharibə burulğanına çəkməyə çalışır? Bununla belə, Azərbaycan dövlətinin mövqeyi soyuqqanlıdır və adekvat addımlar atılır. Dövlətimiz dünyaya sülh mesajları verir və bu mövqedən çəkilməyəcək.

Azərbaycanın regional layihələrdə iştirakı Cənubi Qafqazda sabitliyin təmin olunmasına xidmət edir. Bununla razılaşmayan müəyyən qüvvələr isə Azərbaycana qarşı təxribatlar təşkil etməyə çalışır. Əsas niyyət budur. Bu məsələdə aidiyyəti strukturlar, dövlətimiz və cəmiyyətimiz hadisələri düzgün qiymətləndirir. Eyni zamanda Azərbaycan dünyaya sülh mesajını çatdırır. Məsələn, Ermənistanla münasibətlərin normallaşdırılması və ölkənin 30 il ərzində işğal altında saxlanıldığı bir mühitdə sülh əlini uzatması bunun bariz nümunəsidir", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Mart 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri