Icma.az
close
up
RU
Sulutəpədə ölən 2 bacının xalası danışdı

Sulutəpədə ölən 2 bacının xalası danışdı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan iki azyaşlı bacı bir neçə gün fərqlə vəfat edib. Ailə uşaqların bir müddət ev şəraitində müalicə aldığını, ölümün isə qıcolma nəticəsində baş verdiyini iddia edir.

Qaynarinfo anews-a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova noyabrın 7-də, kiçik bacısı, 2017-ci il təvəllüdlü Nuranə isə noyabrın 23-də dünyasını dəyişib.

Hadisə ilə bağlı özünü uşaqların xalası Kəmalə kimi təqdim edən şəxs bildirib ki, bacılar xəstə olub və ev şəraitində müalicə alıblar.

Onun sözlərinə görə, ailə kasıb olduğu üçün uşaqları xəstəxanada müalicə etdirə bilməyib.

Xala əvvəlcə uşaqların "yel xəstəliyi"ndən, daha sonra isə epilepsiyadan əziyyət çəkdiyini qeyd edib.

"Uşaqların hər ikisi qıcolmadan vəfat edib. İmkanımız olmadığı üçün xəstəxanada müalicə ala bilməyiblər. Ev şəraitində müalicə edirdik", – uşaqların xalası bildirib.

O əlavə edib ki, uşaqlardan birinə ölüm haqqında şəhadətnamə verilib, digərinin ölüm kağızı isə hələ alınmayıb.

Uşaqların fotolarda sağlam görünməsi ilə bağlı suala cavab verən xala xəstəliklərin sonradan üzə çıxdığını deyib.

Xala həmçinin bildirib ki, uşaqların atası polisə çağırılıb və heç kimdən şikayətçi olmadığını bildirib.

Uşaqların ölümünün həkim səhlənkarlığı ilə əlaqələndirilməsi barədə yayılan məlumatları təkzib edən xala onların anadangəlmə xəstəliklərinin olduğunu iddia edib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, hər iki azyaşlının ölümü ilə bağlı həkiməqədər ölüm faktı qeydə alınıb.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, uşaqlar tibbi ekspertizadan keçirilməyib.

Məsələ ilə bağlı Baş Prokurorluğa sorğu göndərilsə də, qurumdan hələlik cavab verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri