Icma.az
close
up
RU
Beş il əvvəl Prezident Xalq Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” tarixi Qələbəmizi təmin etdi RƏY

Beş il əvvəl Prezident Xalq Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” tarixi Qələbəmizi təmin etdi RƏY

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

Xalqımız Azərbaycanın çoxəsrlik tarixinin parlaq səhifəsi olan şanlı Zəfərimizin beşinci ildönümünü böyük qürurla qeyd edir. Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarına əsaslanan uğurlu siyasəti tarixi qələbələrimizin əldə olunmasına yol açdı. 2020-ci il 27 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi parlaq Zəfərlə yekunlaşdı. Prezident-xalq-ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” tarixi Qələbəmizi təmin etdi. Rəşadətli ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıq və böyük şücaət nəticəsində əzəli torpaqlarımız işğaldan azad edildi, ədalət zəfər çaldı. Bir gün davam edən antiterror tədbirləri ilə isə ölkəmizdə separatizmin kökü kəsildi, dövlət suverenliyimiz bərpa olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

Deputat qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin möhkəm təməllər üzərində qurub yaratdığı müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı və dayanıqlı inkişaf yolunda uğurla addımlayaraq qüdrətli ölkəyə, qalib dövlətə çevrildi. Sabitlik və əmin-amanlığın ən yüksək səviyyədə təmin edildiyi Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü dövlət, etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb.

“Möhtərəm Prezidentimiz işğalın davam etdiyi illərdə istər ölkədaxili, istər də xarici ölkələrdə keçirdiyi bütün görüşlərdə, beynəlxalq platformalarda dəfələrlə bəyan etmişdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Bu illər ərzində Azərbaycan işğala son qoyulması, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıdışı üçün bütün zəruri addımları atdı. Ölkə başçısının uğurlu diplomatiyası, müdrik qərarları və çoxşaxəli siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyinə ədalətli yanaşması təmin edildi. Ötən illər ərzində enerji sektorundan əldə olunan gəlirlər ölkəmizin davamlı və dayanıqlı inkişafına yönləndirildi. Azərbaycan güclü iqtisadiyyata malik ölkəyə çevrildi. Bütün sahələr üzrə yüksək ixtisaslı kadrların, o cümlədən təcrübəli və peşəkar zabitlərin hazırlanmasına xüsusi diqqət ayrıldı. Müzəffər Ali Baş Komandanın yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təmin olundu, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyəyə qaldırıldı. Bununla yanaşı, xalqımızın həmrəyliyi, xüsusən gənc nəslin yüksək vətənpərvərlik ruhu parlaq Zəfərimizi şərtləndirdi”, - deyə deputat qeyd edib.

Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyinə əsasən bu gün regionda sülhün bərqərar olması, əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük uğurların əldə olunduğunu söyləyən parlamentari qeyd edib ki, bu xüsusda, Vətən müharibəsinin beşinci ildönümü ərəfəsində cari ilin avqustunda ABŞ-da əldə olunan razılaşmalar böyük tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qətiyyəti və əzmi sayəsində bütün dünya regionda Azərbaycanın yaratdığı reallıqları qəbul edir ki, bu da döyüş meydanında qazandığımız Zəfərin siyasi müstəvidə də təsdiqlənməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

İşğal dövründə bütün yaşayış məntəqələrinin viran qoyulduğunu, təbiətə böyük ziyan vurulduğunu, xalqımıza məxsus tarixi, dini və mədəni abidələrin məhv edildiyini söyləyən deputat qeyd edib ki, qüdrətli Azərbaycan bu gün azad olunmuş torpaqlarımızda tarixin ən böyük bərpa və quruculuq layihəsini uğurla həyata keçirir. Şəhər, qəsəbə və kəndlərimiz heç bir dəstək olmadan, dövlətimizin vəsaiti hesabına müasir standartlar nəzərə alınmaqla yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 50 mindən çox həmvətənimiz böyük qürur və iftixarla yaşayır.

“Azərbaycan Prezidentinin müdrikliyi, qətiyyəti, xalqımızın əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, ordumuzun qüdrəti və milli birliyimiz ölkəmizin qələbəsini təmin edən əsas amillər oldu. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri