Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

“Beş ildir ikinci kursda oxuyanlar var” Ekspertdən ŞOK AÇIQLAMA

“Beş ildir ikinci kursda oxuyanlar var” Ekspertdən ŞOK AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaricdə ali təhsil alıb ölkəyə qayıdan gənclərin bir qismi əmək bazarına inteqrasiya zamanı iş tapmaqda çətinliklərlə üzləşir. Mütəxəssislərin fikrincə, bu problem xüsusilə öz hesabına xarici universitetlərdə təhsil alan və ixtisas seçimini düzgün planlamayan məzunlar arasında daha çox müşahidə olunur. Dövlət proqramları ilə təhsil alan gənclərdə isə işə yerləşmə prosesi nisbətən daha sistemli şəkildə tənzimlənsə də, ümumi mənzərədə xaricdə təhsil və yerli əmək bazarı arasında uyğunluq məsələsi aktuallığını qoruyur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, xaricdə ali təhsil alanların iki istiqamətdə təhsil almaları mümkündür:

"Birincisi, dövlət tərəfindən müəyyən maliyyə vəsaiti dəstəyi ilə, ikincisi isə hər kəsin öz şəxsi vəsaiti hesabına xarici ali təhsil müəssisələrində təhsil almaqdır. Birinci istiqamətə baxdıqda, dövlət tərəfindən göstərilən maliyyə dəstəyi də özü iki istiqamətə bölünür: Ulu öndər Heydər Əliyevin təməlini atdığı və hal-hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan gənclərinin xarici ali təhsil müəssisələrində dövlət hesabına təhsil almaları istiqamətində göstərilən dəstəkdir ki, bu proqramda artıq bütün gənclər üçün hər bir istiqamət üzrə həm təhsil haqqı, həm yataqxana haqqı, həm uçuş biletləri, həm də qalma və qidalanma xərcləri tamamilə dövlət tərəfindən ödənilir. İkincisi isə hökumətlərarası təqaüd proqramlarıdır ki, burada da Azərbaycan dövləti tərəfindən hər hansı xarici dövlətlə müqavilə bağlanılır və müəyyən güzəştlər daxilində təhsil alma imkanları formalaşdırılır. Bu gənclərin xarici ali təhsil müəssisələrində təhsil alıb döndükdən sonra, hesab edirəm ki, iş tapmaqda ciddi çətinlikləri olmur".

Onun sözlərinə görə, dövlət tərəfindən göndərilən hər hansı tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra həmin gənc dövlətlə bağladığı müqaviləyə və öhdəliyə əsasən, qayıdıb gəldikdən sonra dövlət qurumlarında işlə təmin olunur:

"Yəni birbaşa işə başlayır və demək olar ki, onların iş problemləri olmur. Çünki dövlət bütün maliyyə vəsaitini qarşıladığı təqdirdə, onun qarşılığında dövlətdə müəyyən müddət ərzində işləmək şərti qoyur və bu şərt də gəncin təhsilini bitirib qayıtdıqdan sonra artıq müqaviləyə əsasən icra olunur. Burada problem əsasən öz vəsaiti hesabına xarici ali təhsil müəssisələrində təhsil alanlarda olur. Yəni onların bir çoxu, mən deyərdim ki, attestatla gedənlərdir və iş tapmaqda ciddi çətinlik çəkirlər. Bunlarda da attestatla gedənlərin əksəriyyətində baxırıq ki, ciddi problemlər formalaşır. Problem nədən formalaşır? Birincisi, attestatla gedən uşaqların bir qismi demək olar ki, təhsillərini yekunlaşdıra bilmirlər, diplomlarını ala bilmirlər. Məsələn, bir qismi beş ildir ikinci kursda oxuyur. Bir qismi də öz ixtisasını mükəmməl şəkildə mənimsəyə bilmir, öyrənə bilmir. Bəziləri də səhv ixtisas seçimi edirlər. Misal üçün, uşaq Azərbaycan ali təhsil müəssisələrində universitetə qəbul olmaq üçün müvafiq balı yığa bilməyib, xaricə attestatla gedib və valideyn tərəfindən, məsələn, deyilir ki, “mənim uşağım gedib orada mühəndislik oxuyacaq”. Axı xaricdə, xüsusilə Türkiyədə mühəndislik oxumaq asan deyil. Uşaq gedir mühəndisliyə qəbul olur, bir müddət sonra oxuya bilmir, geri qayıdır və yaxud da güc-bəla ilə oxuyur. Və yaxud da başqa ixtisas olsun - iqtisadiyyat sahəsi, turizm sahəsi olsun; uşağın ingilis dili biliyi yoxdur, gedib beynəlxalq münasibətlər oxuyur, sonra da həmin ixtisasda ciddi çətinlik çəkməyə başlayır, çoxlu kəsirlər alır, diplom almaqda çətinlik çəkir. Bəziləri diplom alsa da, öz bilik və bacarığını kifayət qədər formalaşdıra bilmir, çünki ixtisas seçimi onun potensialına uyğun edilməyib. Bax, bu kimi hallarda artıq gənc ali təhsil müəssisəsini bitirsə belə, qayıdıb gəldiyi zaman əmək bazarında müəyyən mövqe tuta bilmir".

Həmsöhbətimiz vurğuladı ki, işəgötürənlər də haqlı olaraq işə götürəcəkləri şəxsləri müsahibə edirlər:

"Məsələn, görürlər ki, bu adam mühəndislikdə oxuyub, amma mühəndislik haqqında biliyi o qədər də qaneedici deyil. Və yaxud iqtisadiyyatda oxuyur, riyaziyyatı zəifdir. Turizmdə oxuyub, amma bilik və bacarığı kifayət qədər deyil. Bu şəxslər işə götürülməkdə, əlbəttə ki, müəyyən qədər problem yaşayacaq.

Öz ixtisasını mükəmməl bilən, öz ixtisası üzrə bilik və bacarıqları mənimsəyən, müəyyən praktiki biliklərə malik olan şəxslərin Azərbaycanda əmək bazarına qoşulması çox rahatdır. Sadəcə bəzi gənclərin öz problemləridir: təhsil müddətində bilik və bacarıqlarını inkişaf etdirməyiblər, praktiki biliklərə çox qoşulmayıblar və bu istiqamətdə də əmək bazarına qoşulmaqda, iş tapmaqda ciddi çətinlik çəkirlər. Yəni hər bir şəxsin özündən asılıdır iş tapmaq. Bu gün kapitalizm cəmiyyətidir, sosializm cəmiyyəti deyil ki, deyək, kim universiteti bitirdisə, birbaşa ona təyinat veriləcək və işləyəcək. Elə bir şey yoxdur. Bu gün kapitalizm dövrüdür, ən yaxşılar işlə təmin olunur. İşəgötürən də ən yaxşısını işə götürmək istəyir, dövlət qurumu da ən yaxşısını işə götürmək istəyir. Ona görə də gənclərimiz ən yaxşı olmağa çalışmalıdır ki, əmək bazarında ciddi problem yaşamamasınlar".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyun 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri