Bəs mənimlə evlənəcəkdin, bu xəyanətdir... Rəşid Behbudovun qızı Bülbüloğlunun evlənməsindən yazdı
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun 3-cü dəfə evlənməsi ilə bağlı yayılan məlumatlar gündəmdə müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid də xəbəri sosial şəbəkə səhifəsində paylaşaraq, maraqlı şərh yazıb:
“Mənim sevimli quşcuğazım. Axı sən mənlə evlənəcəyini söz vermişdin, uzun illər mənə and içmişdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən xahiş etmişdin. Necə bir xəyanət... xəyanət...”
Şərhlərdə onun bu sözlərı ironiya ilə yazdığı məlum olub.
Qeyd edək ki, Rəşidə Rəşid özü ailəlidir, bir oğlu var.
Xatırladaq ki, Rəşidə Rəşid atası Rəşid Behbudova olan münasibət və haqsızlıqla bağlı uzun illər Polad Bülbüloğluna qarşı tənqidi münasibət göstərib.
Aygün, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Avqust 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















