Icma.az
close
up
RU
Beş milli prioritetdən biri Böyük Qayıdış

Beş milli prioritetdən biri Böyük Qayıdış

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni strateji mərhələdə respublikamızın qarşısında duran 5 milli proritet müəyyənləşdirib ki, onlardan biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Azərbaycan hökuməti soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə və qısa müddətdə həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq ərazilərin minalardan təmizlənməsi, yeni infrastrukturun qurulması, yaşayış məntəqələrinin, tarixi abidələrin bərpası, istehsal müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Proqramın icrası artıq sonuna çatdığımız 2024-cü ildə də böyük uğurla davam etdirilib.

İl ərzində baş tutan müntəzəm səfərlər

Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev və Azərbaycana səfərə gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonunda olublar. Füzuli şəhərinin Baş planı ilə tanış olan dövlət başçılarına məlumat verilib ki, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Həmçinin prezidentlərə Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası barədə məlumat verilib. Bildirilib ki, 180 çarpayılıq yeni xəstəxananın inşasında Qazaxıstanın “BI Group” şirkəti də iştirak edəcək.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla bərabər, Qırğızıstan da fəal şəkildə qoşulub. Belə ki, aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.

Mayın 10-da-Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə də Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər edib. Dövlətimizin başçısı bu səfərdə Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada “Şirin su” hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub.

Ümumiyyətlə, Prezident İlham Əliyevin il ərzində işğaldan azad olunmuş ərazilərə səfərlərinin sayı kifayət qədər çoxdur. Bu siyahıya həmçinin Şuşaya, Laçına, Cəbrayıla, Zəngilana, Ağdama, Kəlbəcərə səfərlər də daxildir. Bu səfərlər zamanı dövətimizin başçısı çoxsaylı təməlqoyma və açılış tədbirlərinə qatılıb, dövlət qayğısı sayəsində yurd yerlərinə dönən insanlarla görüşərək fikir mübadiləsi aparıb. Dövlətimizin başçısının Xankəndinə səfəri də əlamətdar hadisələrlə yadda qalıb.  Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib, Universitetin müəllim və tələbə heyəti ilə görüşüb.

Şuşaya və Xocalıya ilk köç

Hər iki ünvanda infrastrukturun qurulmasına və yaşayış məntəqələrinin bərpasına vaxt itirilmədən başlanıldı. Əlamətdar haldır ki, bu şəhərlərə ilk köç məhz 2024-cü ildə baş tutub. Şuşaya ilk sakinlər may ayının 9-da köçürülüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Görüşdə diqqətə çatdırılıb ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksində 450 mənzil var. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlətimizin başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.

Xocalıya ilk köç isə cari ilin 28-29 may tarixlərində bu şəhərə 44 ailə və ya 169 nəfərin yola salınması ilə başlayıb. Artıq Xocalı rayonunun Ballıca kəndinin də məskunlaşdırılmasına start verilib. Dekabrın 12-də kəndə soydaşlarımızın köçü baş tutub. İlk mərhələdə köçürülən 152 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib. Həmçinin dekabr ayında Şuşa şəhərinə yeni köç karvanları yola salınıb.

2024-cü ildə digər şəhər və kəndlərdə də qaçqın və məcburi köçkün soydaşlarımızın məskunlaşdırılması təmin edilib. Cari ilin hesabatı aparılmış ilk üç rübü ərzində işğaldan azad olunmuş ərazilərə geri qayıdan vətəndaşlarımızın sayı 3826 nəfərə (1042 ailə) çatıb. Bütövlükdə, postmüharibə mərhələsində I Böyük Qayıdış Proqramı 10 minədək soydaşımızı əhatə edib.  2026-cı ilədək isə 34 min 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see528

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see318

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see317

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see270

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see267

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see243

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see241

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see231

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see221

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see220

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see203

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see180

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see180

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see176

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see175

Kollecə direktor təyin edildi

22 İyun 2026 10:15see173

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see166

Azərbaycanda yeni klub yaradıldı Region Liqasında oynayacaqlar

22 İyun 2026 16:22see166

Aaron Remzi “Oksford Yunayted”i çalışdıra bilər

22 İyun 2026 20:49see164

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri