Icma.az
close
up
RU
Azərbaycanın beş milli prioritetindən biri “Böyük Qayıdış” ŞƏRH

Azərbaycanın beş milli prioritetindən biri “Böyük Qayıdış” ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Vətən müharibəsi başa çatdıqdan sonra ermənilər və onların havadarları belə iddialar səsləndirirdilər ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa etməyə gücü çatmayacaq. Dağıntıların miqyası doğrudan da böyük idi. Otuz illik işğal dövründə erməni vandalları şəhər və kəndlərimizi viran qoymuş, sərvətlərimizi talamışdılar. Lakin Azərbaycan dövləti müharibədən dərhal sonra bu ərazilərin bərpasına başlaması bədxahları növbəti dəfə məyus etdi. Yeni strateji mərhələdə “Böyük Qayıdış” ölkəmizin beş əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır məcburi köçkünlük həyatı yaşamış soydaşlarımızın doğma yurdlarına layiqli qayıdışını təmin etmək əzmindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə intensiv minatəmizləmə əməliyyatları aparılır, iqtisadi və sosial təyinatlı müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur və ərazilərin məskunlaşdırılması uğurla davam edir. Bir sözlə göz önündə yeni Qarabağ formalaşır.

Böyük qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulmasını şəxsi nəzarətində saxlayır ki, bu da layihələrin daha sürətli və keyfiyyətli icrasına təsir göstərir. Elə bu günlərdə dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Zəngilan və Cəbrayıl rayonlarında bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak edib, dəyərli tövsiyələrini verib. Səfər çərçivəsində Prezident İlham Əliyev, həmçinin uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərlə görüşərək onlara xoş arzularını çatdırıb.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı vurğulayıb ki, “köçkün həyatı çox ağır həyatdır. Ancaq artıq o günlər arxada qaldı. Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda”.

Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına indiyədək dövlət büdcəsindən təxminən 22 milyard manat vəsait yönəldilib: “Təkcə cari ilin yanvar-sentyabr aylarında bu ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 900,9 milyon manat vəsait xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə minalardan təmizlənmə işlərinə ayrılıb.

Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır. Prezident İlham Əliyevin bəhs olunan görüşdə qeyd etdiyi kimi, birinci “Böyük Qayıdış” proqramının icrasına Zəngilan rayonundan başlanılıb. “Bilirsiniz ki, biz ‘Böyük Qayıdış’ proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd – Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır. Burada çox gözəl şərait yaradılıb və yüksək səviyyədə qorunur”, – deyə Prezident vurğulayıb.

“Böyük Qayıdış” strategiyası gələcəkdə də eyni ardıcıllıqla davam etdiriləcək. Xatırladaq ki, Azərbaycan Prezidentinin 2025-ci il 30 may tarixli Sərəncamı ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrası məqsədilə 2025-ci il 18 iyun tarixli Sərəncamla Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiqlənib. Prezident İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə “Böyük Qayıdış”ın növbəti mərhələsinin başladığını bəyan edib”.

Samir Vəliyev diqqəti Prezident İlham Əliyevin “bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək” fikrinə yönəldib. Deputat qeyd edib ki, son iyirmi ildən artıq müddətdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində yaradılan müasir infrastruktur Azərbaycanı Avrasiyada mühüm nəqliyyat habına çevirib. Respublikamız həm Şimal–Cənub, həm də Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə mühüm coğrafi mövqeyə malikdir. İndiki geosiyasi reallıqlar fonunda ölkəmizin də iştirakçısı olduğu Transxəzər marşrutuna (Orta Dəhliz) maraq xeyli artıb. Azərbaycan isə həm siyasi iradəsi, həm də yaratdığı infrastrukturla bu tranzit marşrutlarının inkişafına əhəmiyyətli töhfələr verir və bu, beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

O əlavə edib ki, Vətən müharibəsində böyük Zəfərə imza atan Azərbaycan, həmçinin Transxəzər marşrutunun yeni bir qolu olacaq Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) yaradılması istiqamətində israrlı mövqe sərgiləyir. Bu marşrutun reallaşması ölkəmizin milli maraqlarına tam uyğundur. Cari ilin avqustunda Vaşinqtonda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mühüm razılaşma əldə olunub. Prezident İlham Əliyevin bəhs olunan görüşdə bildirdiyi kimi, həm Zəngəzur, həm də Araz dəhlizləri Zəngilandan keçəcək. Burada müasir yol infrastrukturu qurulur, beynəlxalq səviyyəli hava limanı inşa edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Zəngilan gələcəkdə regionun mühüm nəqliyyat qovşağına çevriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri