Beş ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə ekstradisiya edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 5 oktyabr, AZƏRTAC
Gürcüstan, Almaniya, Albaniya, Xorvatiya və İran səlahiyyətliləri İnterpolun qırmızı bülleteni ilə axtarışda olan ümumilikdə altı nəfəri, həmçinin yerli axtarışda olan iki Türkiyə vətəndaşını Türkiyəyə ekstradisiya edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü sosial şəbəkədəki paylaşımında bildirib.
Nazir qeyd edib ki, cinayətkarların əksəriyyəti Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Ankaraya təhvil verilib.
Türkiyəyə gətirilən şəxslər fiziki zərərvurma, banditizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, maliyyə cinayətləri və digər cinayətlərdə ittiham olunaraq axtarışa verilib.
A.Yerlikaya axtarışda olan şəxslərin təhvil verilməsinin təşkilində iştirakına görə Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:42
Bu xəbər 05 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















