Bəşər Əsəd İsraildən əmr alıbmış Gizli mesajlar ortaya çıxdı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriyadan Moskvaya qaçan Bəşər Əsədin yaxın çevrəsi ilə əlaqə yaratmaq üçün gizli əməliyyatlar apardığı üzə çıxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin "Yedioth Ahronoth" qəzeti Bəşər Əsədlə əlaqə yaratmaq səylərindən açıqlayarkən yazıb. İsrail kəşfiyyat xidmətləri devrilmiş rejimin yüksək vəzifəli şəxsləri ilə "WhatsApp" vasitəsilə əlaqə saxlayıb.
Qəzetin yazdığına görə, İsrail kəşfiyyat xidmətləri Mossad-ın keçmiş rəhbəri Yossi Koenin də iştirakı ilə gizli görüşlər keçirib. Danışıqların mərkəzi Kremldə keçirilən görüşdür.
Məlumata görə, İsrailin Suriya hökumətinə qarşı sanksiyaların ləğvi müqabilində Əsəddən İran və Hizbullah qüvvələrinin Suriya ərazisindən çıxarılmasını tələb etdiyi bildirilib.
Qeyd edək ki, 2019-cu ildə Mossad-ın keçmiş rəhbəri Yossi Koen Kremldə Bəşər Əsədlə görüşməyi planlaşdırıb. Ancaq Əsəd son anda bu görüşdən vaz keçib.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, İsrail bu məxfi mesajlar vasitəsilə Əsəd hökumətinə rabitə xətlərinin asanlıqla açıla biləcəyini və həssas məlumatların toplandığını açıq şəkildə çatdırmaq istəyib. Lakin Əsəd rejiminin Suriyadakı mövqeləri zəiflədikcə, bir müddət sonra bu gizli əlaqələr də kəsilib.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















