Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçıb?
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur.
Bundan başqa, adətən siyasətçini qoruyan və səfələri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur.
"Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb. Müxalif qüvvələr Əsədin harada olması barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər", - məlumatda deyilir.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd vasitəçilərlə Amerikanın hazırkı administrasiyası və ABŞ-nin yeni seçilmiş lideri Donald Trampla əlaqə saxlamağa çalışıb.
Milli.Az
Baxış sayı:103
Bu xəbər 08 Dekabr 2024 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















