Bəşər Əsəd Rusiyada təhsil alır
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd oftalmoloq olmaq üçün təhsil alır və sakit bir həyat sürür.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Məlumata görə, keçmiş siyasətçi tibbə qayıtmaq qərarına gəlib:
“O, bir vaxtlar belə bir təhsil almışdı və indi biliklərini dərinləşdirir. Eks-prezident yəqin ki, gələcəkdə Moskvanın elitasını müalicə etmək niyyətindədir. O, həmçinin rus dilini öyrənir. Əsəd bütün bunları marağı üçün edir, onun pula ehtiyacı yoxdur, çünki sərvətinin bir hissəsini Rusiyaya köçürə bilib. Əsəd ailəsi, ehtimal ki, Yanukoviçin qonşuluğunda - Rublyovkada qapalı bir yerdə sakit və dəbdəbəli bir həyat sürür. Onlar az adamla ünsiyyət qurur, artıq siyasətlə məşğul olmur, sosial şəbəkələrdən istifadə etmir və ictimaiyyət qarşısına çıxmırlar. Keçmiş prezidentin arvadı vaxtını əsasən fitnesə, gözəllik salonlarına baş çəkməyə və alış-verişə həsr edir”.
Baxış sayı:46
Bu xəbər 15 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















