BƏŞƏR ƏSƏD SURİYADAN QAÇIB Bu ölkəyə getdiyi deyilir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriya Prezidenti Bəşər Əsədin yaxınları və ailəsi ilə birlikdə ölkəni tərk etdiyi iddia edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə rejimə yaxınlığı ilə bilinən Suriyanın "Sama TV" kanalı məlumat yayıb. Əsədin Rusiyanın dəstəyini itirdikdən sonra Tehrana getdiyi bildirilib.
Digər tərəfdən, "Global Arab Net"- in əməkdaşı Həsən İbrahim də "X" hesabından etdiyi paylaşımda xəbərin doğru olduğunu iddia edib.
Beynəlxalq mətbuatda iddiaları təsdiqləyən xəbərlər çıxmağa başlayıb.
ABŞ-nin aparıcı nəşrlərindən olan "Wall Street Journal" (WSJ) Misir və İordaniya rəsmilərinin Bəşər Əsədə Suriyanı tərk etməklə bağlı xəbərdarlıq etdiklərini yazıb. İsrailin “Yediot Ahronot” qəzeti isə Əsəd rejiminin yaxın 24 saat ərzində süqut edə biləcəyini, bu səbəbdən də sözügedən iddianın doğru olduğunu iddia edib.
Xatırladaq ki, Suriyada silahlı müxalif qruplarla rejim qüvvələri arasında noyabrın 27-də başlayan qarşıdurmalarda 9 gün ərzində Suriyanın bir çox strateji nöqtələri müxaliflərin nəzarətinə keçib. Rejim əleyhdarı silahlı qruplar Hələb, İdlib, Tel Rıfat və Həmadan sonra paytaxt Dəməşqdən əvvəlki son qala olaraq xarakterizə edilən Humusu da ələ keçirib.
"AzPolitika.info"
Baxış sayı:109
Bu xəbər 07 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















