“Bəşər Əsədlə bağlı bu qərarı Putin verə bilər”
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə və ailəsinə Rusiyada sığıncaq verilməsi ilə bağlı qərarı yalnız Rusiya Prezidenti Vladimir Putin verə bilərdi”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
O, bununla belə, Bəşər Əsədə belə bir sığınacağın artıq verilməsi faktını şərh etməyib: “Əlbəttə, bu cür qərarlar dövlət başçısı olmadan verilə bilməz. Bu, onun qərarıdır. Lakin hazırda bu barədə heç nə deyə bilmərəm”.
Xatırladaq ki, Suriyada dekabrın 8-nə gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsinin Rusiyada olması barədə məlumat yayılıb. Bu gün isə Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.


